kanal1

Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...

Tarix:26-09-2024, 13:10
Baxış Sayı:0


Bu ilin əvvəlindən bəri Naxçıvanda əmək müqaviləsi olan minlərlə şəxs dövlət və özəl müəssilərdə ixtisara salınaraq, işini itirib. Lakin, müxtəlif yersiz bəhanələrlə həmin işçilərə qanunla nəzərdə tutulmuş işsizlik sığortası ödənmir. Bu haqda „Gündəlik Naxçıvan“a ixtisara salınmış bir qrup şəxs məlumat verib.
Qaz xidmətində çalışmış İlqar Səfərov deyir ki, onlara gətirilən əsas bəhanə adlarına ev, yaxud maşın olmasıdır:
„Bizi başlarından edirlər. Əmək Məcəlləsinə görə, işsizlik sığortası demək olar ki, bütün hallarda ödənməlidir. Yerli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyirlər ki, evin, yaxud maşının varsa, işsizlik sığortası düşmür. Bu cür qanundan kənar bəhanələr gətirmək gülüncüdür.
Artıq bir ilə yaxındır ki, işlədiyim dövlət orqanında ixtisara salınmışam. Mən tək deyiləm, bizim idarədən mənimlə bərabər 40-yaxın işçi də ixtisar olunub. Bizə nə sğorta pulu verir, nə də yeni iş təklif edirlər. Hərəyə də bir qanunsuz bəhanə göstərirlər. Mənə şəxsən rəsmi cavab yazınlar ki, “adına torpaq olduğu üçün sizə işsizlikdən sğorta düşmür”. Təbii ki, bu qanusuz və əsasız cavabdır“.
Babək rayon sakini digər şikayətçi Nadir Baxşəliyev deyir ki, aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb:
“Gəmiqayada 5 il fəhlə işləmişəm. Naxçıvanda hakimiyyət dəyişdəndən sonra 3 ay maaşımızı vermədilər. Sonra da işdən çıxardılar. İşsizlik sığortası üçün hara şikyət etsək də, nəticəsi olmadı. Babək rayon Məşğulluq Mərkəzinə yeni işə düzəlmək və işsizlikdən sğorta almaq üçün müraciət etdim. Deyirlər ki, sənin adına avtomobil və torpaq var, sənə düşmür“.

Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: "Tələsirdim..." - TƏFƏRRÜAT
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Nizami rayonunda uşaq baxçasında acınacaqlı durum-Video
Nizami rayonunda uşaq baxçasında acınacaqlı durum-Video
“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
Saeid Nakhjavani vergidən necə yayınır?
Saeid Nakhjavani vergidən necə yayınır?
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO