kanal1

7 nəfər ustanın 15 min manatını mənimsəyib... - Prezidentə müraciət olundu

Tarix:25-09-2024, 13:04
Baxış Sayı:0


Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, “Nəbz” klinikansının arxasında kirayədə yaşayan Müstafayev Toğrul Kərim oğlu "Azərbaycan Reallığı"na müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.

Onun sözlərinə görə, Nərimanov parkında təmir və abadlıq işlərinin görülməsində onun və daha 7 nəfərin pulu mənimsənilib. Təxminən 15 min manat mənimsənilən pulu bu vaxta kimi ala bilməyiblər.

Narazı vətəndaş yazır:

Cənab Pirezdent, biz sizə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi 7 fevralda hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. İndi sülh dövründə Siz həm azad edilmiş torpaqlarda, həm də Bakının bir çox işlərin görülməsinə start vermisiniz.

Sizin şəxsən bu ilin iyulun 2-də açılışında iştirak etdiyiniz “Nərimanov” parkında biz 7 nəfər daş ustası döşəmə tamett-metlax işləri görmüşük. Gördüyümüz işlərə isə Nərimanov rayon RJU-nun müdiri Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir.

Manaf müəllim 3 aydır ki, bu gün sabah deyərək pullarımızın verilməsinə vədlər versə də, hələlik görünən budur ki, ortalıqda heçnə yoxdur. Hər dəfə bizi aldadır. 7 nəfər qalmışıq ortada, ailəmiz isə rayonda gözləri yolda bizi gözləyir. Ailələrimizin tək gəlir yeri bizik, dərdimizi hara və kimə desəkdə çarə edən yoxdur.

Ona görə də, cənab Prezident, Sizdən çox xahiş edirəm ki, bizim çoxumuzun iş dalınca Bakıya gələrək kirayədə yaşamağımızı nəzrə alaraq “Nərimanov” parkda gördüyümüz işlərin son hesablaşması olan 15000 manatın kimə verilməsi barədə araşdırma aparılmasına göstəriş verəsiniz".

Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
“Coffeemania” qaydaları pozdu
“Coffeemania” qaydaları pozdu
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
“İrşad” qaydaları pozdu
“İrşad” qaydaları pozdu
72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..
72 yaşlı icra başçısı olan Rafil Hüseynov…..