kanal1

İNSANLIĞIN MEYAR DAŞIYICISI

Tarix:12-09-2024, 18:07
Baxış Sayı:143


Elvin Quliyev Tanrının ona verdiyi inamın, etiqadın,dözümün,cəsarətin,fərasətin,istedadın köməyilə çətinliklərə sinə gərən,həyatda öz yolunu,səmtini əqlin gücü ilə müəyyən edən və bu yolla insanlığın,kamilliyin zirvəsinə çatan kişilərdəndir. Ləyaqət və dəyanət sahibi olan bu insan haqqında ellilərinin,dost-tanışlarının,qohum-əqrəbasının,həmkarlarının işlədiyi kollektivin, ümumiyyətlə, onu tanıyan hər kəsin qənaəti budur ki,o, sanki dünyaya ancaq yaxşılıq, səxavət,mərhəmət üçün, Vətənə və xalqa sədaqətli xidmət etmək üçün gəlmişdir.
Yaşadığı ömür yolunda çox dolaylar dolanıb, zirvələr aşmış Elvin Quliyev həmişə, hər yerdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmiş,alın-açıqlığı, üzağlığı ilə məsuliyyətlə hər işi yüksək səviyyədə icra etmişdir.
Bütün fəaliyyəti dövründə bircə dəfə də olsun qanun pozuntusuna, işində nöqsana yol verməyib. Bu da onun məsuliyyətli olmasından, peşəsinə, vəzifəsinə qəlbən bağlılığından, nəfsinin toxluğundan və ən əsası insani keyfiyyətlərindən irəli gəlir. O, həqiqi mənada kamilliyin meyar daşıyıcılarındandır.
Son illər respublikamızda vüsət alan iqtisadi yüksəliş Abşeron rayonunda da qabarıq surətdə nəzərə çarpır. Rayonun əsas makroiqtisadi göstəriciləri yüksəlmişdir. Bu inkişafın ilk iki amili-respublika rəhbərliyinin qayğılı münasibəti və insanların özlərinin zəhmətsevərliyidirsə, əsas səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğılı münasibətini Azərbaycan vətəndaşlarına ötürən şəxslərin öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlməsidir. Bu gün Abşeron rayonunda baş verən tərəqqi proseslərini izləyən hər kəs etiraf edir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abidin Fərzəliyev başda olmaqla rayon rəhbərliyi aparatının, bütün idarə,müəssisə və təşkilatların rəhbərləri öz vəzifələrini layiqincə yerinə yetirir.
Onu təkcə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Elvin Quliyev
təqdim etməklə kifayətlənmək düz olmazdı.Elvin Quliyev təkcə öz vəzifəsini icra etməklə kifayətlənmir, lazım gələndə ümumi işin uğurlu alınması üçün vəzifəsindən də artıq işləri üzərinə götürür və yüksək səviyyədə yerinə yetirir.
Elvin Quliyev KİV işçilərinin də dostudur. Onun jurnalistlərə verdiyi dəyər, heç zaman jurnalistlərdən qaçmaması və onları maraqlandıran suallara dolğun cavab verməsi hər zaman oxucu kütləsinin marağına səbəb olmuş, etibarlı mənbə kimi xidmət etmişdir. Təkcə bu cəhət haqqında nəticə çıxarmağa əsas verir-sözü düz olanın əməli də düz olar.
Daima sevilib, seçilənlərdən olasız, Elvin müəllim.

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO