kanal1

BAŞQALARINI XOŞBƏXT ETMƏK XOŞBƏXT OLMAĞIN ƏN YAXŞI ÜSULUDUR

Tarix:10-09-2024, 11:23
Baxış Sayı:181

İctimailider.az olaraq bu günkü reportajımız Abşeron rayonundan olacaq....
Son zamanlar bəzi rayonlardan narazılıqların sayı durmadan artmaqda davam edir. Bu narazıllqları yaradanlar isə həmin rayonun rəhbərləri,eyni zamanda məsul şəxslərinin öz öhdələrinə düşən vəzifədən sui isrifadə etməsidir.
İctimailider.az olaraq hər zaman yerlərdə incidilən,haqları tapdanan hər bir vətəndaşın şikayətlərini ictimailəşdirməyə çalışır,həmin problemin aradan qaldırılması məqsədilə aidiyyatı qurumları məlumatlandırılması yolunda əlimizdən gələn köməyi əsirgəməmişik.
Danılmaz həqiqətdir ki,öz vəzi.fə borcuna sadiq qalaraq rəhbəri olduğu rayonu,heç bir şikayət,narazılıq olmadan normal şəkildə idarə edən İcra başçıları və məsul şəxslər də var.Buradan belə nəticəyə gəlmək olar ki,hər hansı bir şəxsin şikayəti müraciət olunduğu andan rəhbər və ya İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən öz müsbət həllini tapır.
Və belə olduğu halda rayon sakininin problemi nə ölkə rəhbərliyinə çatır,nə də ki,sosial şəbəkələrdə işıqlandırılır.
Bir sözlə, nə şiş yanır, nə də ki,kabab...
Biz də öz peşə borcumuza sadiq qalaraq yerlərdə incidilən,yaşadıqları rayonun rəhbərindən narazı olan sakinlərin problemləri ilə yanaşı,öz işinin öhdəsindən layiqincə gələn rayon İcra Hakimiyyəti başçılarının gördüyü tərifəlayiq işləri də işıqlandırırıq. Və bununla da məsuliyyətsiz vəzifə sahiblərini vəzifələrinə sadiq olmağa,işinə məsuliyyətlə yanaşmalarına çağırırıq.
Apardığım müşahidələr deməyə imkan verir ki,belə rayonlardan biri də Abşeron rayonudur.
Yəqin bir çoxlarınız haqlı olduğumu təsdiqləyəcək, bir qrup şəxslər isə rayon rəhbərinin gördüyü işləri kölgədə qoymağa çalışacaq.Ancaq mən öz insani borcumu yerinə yetirərək Abşeron rayon İcra Hakimiyyətinin başçısı, cənab Abdin Ələsgər oğlu Fərzəliyevin, icra hakimiyyətində şərəflə fəaliyyət göstərən
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədovun, həmin şöbənin baş məsləhətçisi Nurlan Həsənovun, Memarlıq və Tikinti şöbəsinin müdiri,baş memar Elvin Quliyevin və həmin şöbənin aparıcı məsləhətçisi, mühəndis Vüqar Möhbalıyevin gördüyü təqdirəlayiq işləri işıqlandırmağı özümə borc bildim.
Bir yazar olaraq sonda öz işinə məsuliyyətlə yanaşan rəhbər şəxslərə uğurlar arzulayır,sakinlərin haqlı narazılığına səbəb olan rəhbərlərə isə üzümü tutub deyirəm ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkənin bütün təbəqəsinin marağına səbəb olan məlum çıxışından nəticə çıxarsınlar. Əks halda ölkə prezidentinin əmrinə tabe olmayan,öz vəzifəsindən sui istifadə edən hər bir rəhbər işçi öz layiqli cəzasını alacaq.
Öz işinin,vəzifəsinin layiqli daşıyıcısı olan hər bir rəhbər şəxsə,xüsusilə, yazımın əsas qəhrəmanı olan Abşeron rayon İcra Hakimiyyətinin başçısı, cənab Abdin Ələsgər oğlu Fərzəliyevə və onunla çiyin-çiyinə vicdanla çalışan hər bir məsul şəxsə çətin və şərəfli işlərində uğurlar diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində uğurlar arzulayıram.

Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -Fotofaktlar
Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? -Fotofaktlar
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA