kanal1

Aldıqları maaşları da nəqliyyata gedir... - NARAZILIQ VAR...

Tarix:9-09-2024, 14:48
Baxış Sayı:1


Kompleks Qazma İşləri Trestində çalışan işçilər narazılıq edir. Dia-az.İnfo xəbər verir ki, bu paylaşımla tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Neftçi şikayətində bildirir: "2021-ci ildən sonra bizim işə gedib-gəlmək problem olub. Nəqliyyat yoxdur. Əvvəl "Koroğlu" metrostansiyasından gəmiyə kimi avtobus ayırırdılar, indi isə özumuz gedirik.

Taksilərin də qiyməti qalxıb: əvvəl 15-16 manat olan yol indi 25-30 manatdır. İctimai nəqliyyatla gəlmək olmur, Çünki 15-16 günün ərzağını özümüz gətiririk. Dənizdən çıxanda elə olur ki gecə olur... saatlarla taksi gözləməli oluruq.

"Azneft" İstehsalat Birliyi öz işçiləri üçün maşın ayırır, amma Kompleks Qazma İşləri Tresti (KQİT) yox. Müqavilədə yazılıb ki, iş yerinə işəgötürən çatdırmalıdır.

Hər ay ən azı 60 manat taksiyə pul veririk ("20 yanvar" metrostansiyasından Dübəndiyə və əks istiqamətə)... Xahiş edirik ki, bu barədə yazın bəlkə KQİT-nin rəhbəri görə...

Bəlkə də onun xəbəri yoxdur, çünki Tresti döndəriblər qoruğa... İçəri girib hec kimə söz demək olmur...

Taksilər də posta kimi aparır... ordan gəmiyə azı 2 kilometr yol var..."

Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -VİDEO
Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -VİDEO
İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirib
İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirib
Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT