kanal1

Makronu təhdid edən impiçment təşəbbüsü - Fransa yarıtmaz prezidentindən necə xilas olacaq - ŞƏRH

Tarix:6-09-2024, 18:54
Baxış Sayı:0


Fransadaxili siyasi gərginlik artmaqdadır. Yay Olimpiya Oyunlarından sonra bu hal daha qabarıq müşahidə olunur. Əsas narazılıq da prezident Emmanuel Makron və komandasındandır. Prezident Fransanın ən əsas, hətta bir nömrəli problemə çevrilib, narazılıqlar pik həddə çatıb. 80-dən çox deputatın Fransa prezidentinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə imzalaması ölkədə şok effekti doğurub. Sənədin müəllifləri prezidentə qarşı impiçment prosedurunun başlanmasını təklif edirlər. Bu sənəd üzrə artıq 214 min imza toplanıb. Sənədi solçu “Yeni Xalq Cəbhəsi” blokundan olan 81 deputat imzalayıb. Bu deputatların əksəriyyəti “Ram edilməmiş Fransa” partiyasının fraksiyasındandır. Qətnamənin müəllifləri parlamentin Makrona qarşı impiçment proseduruna başlamasını istəyir. Parlamentarilər Makronun iyulun 7-də keçirilən seçkilərdə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən boyun qaçırması ilə razılaşmırlar. Qətnamə təklifini “La France insoumise” üzvü olan 72 deputatdan əlavə, “Sol Demokratlar və Respublikaçılar” qrupunun üzvləri olan Reunion adasının bir neçə ekoloqu və deputatı da imzalayıb.
Konstitusiyanın 68-ci maddəsinə görə, impiçment təklifi deputatların onda biri, yəni seçilmiş parlamentin 58 üzvü tərəfindən imzalandıqda, irəli sürülə bilər. Prosedur daha sonra təklifin məqbul olub-olmadığını yoxlayacaq Milli Assambleyanın Bürosundan keçməlidir. M.Barnierin namizədliyini nə uzaq solçular, nə də sağçılar bəyənib. 25 yaşlı Attalı 73 yaşlı Barnierlə əvəzlənib və o, Fransanın indiyə qədər bu posta gətirilən ən yaşlı baş nazirdir. Yerli ekspertlərin qənaətincə, Barnierin baş nazir təyin olunması parlamenti idarəolunmaz hala gətirəcək. Sağçıların nümayəndəsi Le Pen artıq onun nümayəndələrinin yeni hökumətin tərkibinə daxil edilməyəcəyini bəyan edib.
Xatırladaq ki, iyulun 16-da Fransa prezidenti Emmanuel Makron baş nazir Qabriel Attal və hökumətinin istefasını qəbul edib. Dünən isə Fransanın yeni baş naziri vəzifəsinə keçmiş xarici işlər naziri Mişel Barnier təyin edilib. Beləliklə, 50 gündən çox sürən gözləntidən sonra prezident Emmanuel Makron siyasi solun tələb etdiyi kimi, baş nazir təyin etdi. O, sağçı Respublikaçılar (LR) partiyasına mənsubdur. Barnier bir neçə hökumət kabinəsində - prezidentlər Fransua Mitteran, Jak Şirak və Nikola Sarkozinin dövründə nazir vəzifəsində çalışıb. 2019-cu ildə Aİ nümayəndəsi kimi o, Böyük Britaniya hökuməti ilə Brexit üzrə danışıqlar aparıb. Xatırladaq ki, bu, Emmanuel Makronun ikinci prezidentlik müddətində təyinat alan dördüncü baş nazirdir.

Bəs yeni baş nazir Makron hökumətini bu biabırçılıqlardan qurtara biləcəkmi? İnandırıcı səslənmir. Məsələ ondadır ki, Barnier də əvvəlki baş nazirlər kimi, erməni lobbisinin təsiri altındadır və onlardan maliyyələşir. Ölkələrin ərazi bütövlüyü və suverenliyi onun üçün əhəmiyyət kəsb etmir. Məsələn, “Report”un əldə etdiyi məlumata görə, Fransanın yeni təyin edilən baş naziri 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib. O zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi bölgələrdə olub. Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırılmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsinə çağırıblar.
M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin bu qərarı iki ölkə arasında münasibətləri daha aşağı səviyyəyə endirəcək.

Parisdə uzun müddətdir ki, davam edən fobiyalar növbəti anti-Azərbaycan kampaniyasına çevrilib. Sonuncu dəfə Fransanın Avropa və Xarici İşlər Nazirliyi fransızlara Azərbaycana səfərin arzuolunmazlığı ilə bağlı xəbərdarlıq edib. İddialara görə, “əsassız həbs və ədalətsiz məhkəmə araşdırması riskləri” var. Rəsmi Bakı buna Parisə birmənalı və qəti cavab verib. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin bu məsələ ilə bağlı şərhində qeyd olunub ki, “Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səfərlə bağlı verdiyi sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyirik və buna səbəb kimi Fransa vətəndaşlarının guya Azərbaycanda saxlanılması və təqib edilməsi ilə bağlı əsassız iddiaları göstəririk. Fransanın bu cür əsassız və qərəzli qərarları və bəyanatları bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir”.
Xatırladaq ki, indiyədək Azərbaycanda yalnız Fransa Respublikasının iki vətəndaşı saxlanılıb. Bunlar ötən il dekabrın 4-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək saxlanılan Martin Rayan və Bakı metropolitenində törətdiyi əməllərə görə saxlanılan katib Teo Hüqodur.

Gördüyünüz kimi, Fransa rəsmilərinin təxəyyülü hüdudsuzdur və hər dəfə daha da “zənginləşir”. Azərbaycanla bağlı son təxribatçı təlqinlər, hər halda, Fransa müstəmləkəçiliyinin qurbanlarının azadlıq və müstəqilliyə nail olmaq üçün ümidlərini getdikcə daha çox Bakıya bağlaması ilə bağlıdır. Belə görünür ki, Fransanın işğalı altında olan Mayot adasındakı vəziyyətlə əlaqədar Azərbaycanın paytaxtında beynəlxalq konfrans keçirildikdən sonra Fransa nazirliyinin bəhs olunan bəyanatla çıxış etməsi təsadüfi deyil.
Belə olan halda, o əsassız xəbərdarlığı Parisin xırda və ucuz “intiqamı” kimi qiymətləndirmək olar.
Axı məhz Azərbaycan Fransa müstəmləkələrinin məzlum xalqlarına ilk yardım əlini uzadıb, bütün beynəlxalq ictimaiyyətin diqqətini müasir dünyada yeri olmayan çirkin hadisələrə yönəldib.
Beləliklə, yuxarıda qeyd olunanlar Fransanın yeni baş nazirinin separatizmə dəstək verəcəyini, ölkələrin daxili işlərinə qarışmaq kimi prinsipləri əsas götürəcəyini deməyə xeyli əsas var. (Report)

Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Koreyalı deputatlar prezidentin impiçmentinə səs vermək üçün hasara çıxıb
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Naxçıvanda “Sərvət” kimlərə sərvət qazandırıb - 8 milyon manata yaxın dövriyyə, 400 manat vergi
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Oğlanlar "TikTok"da tanış olduqları 13 yaşlı iki qızla gecəni keçirdilər - Biri həbs olundu
Azərbaycanda beşulduzlu otellərin fantastik YENİ İL QİYMƏTLƏRİ - 4300 MANAT...
Azərbaycanda beşulduzlu otellərin fantastik YENİ İL QİYMƏTLƏRİ - 4300 MANAT...
Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 24,6 milyonluq müqavilə imzalayıb
Qarabağ Dirçəliş Fondu tendersiz Rusiya şirkəti ilə 24,6 milyonluq müqavilə imzalayıb