kanal1

XEYİR İŞƏ ALLAH ZAMİNDİR

Tarix:6-09-2024, 16:24
Baxış Sayı:51

XEYİR İŞƏ ALLAH ZAMİNDİR
Allah xəsisləri və israf edənləri sevmir. Xəsislik, pul və malını xərcləməmək üçün hər cür sıxıntı və əzaba qatlaşmaq, pul və mal düşkünü olmaq deməkdir. "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu,onlar üçün zərərlidir.Onların xəsislik etdiyi şey qiyamət günü boyunlarına dolanacaqdır".(Qurani Kərim", "Ali İmran" surəsi,18-ci ayə)
Xəsislər barədə Peyğəmbər (s.ə) buyurub: "Xəsislikdən çəkinin. Çünki xəsislik sizdən öncəkilərin həlakına səbəb olub.Bilin ki, xəsislər nə qədər zahid (dünyadan əl çəkən) olsalar da, Cənnətə girə bilməzlər".
Müfəssirlərə görə xəsisin üç əlaməti var: Onlar aclıqdan qorxar və həmişə nə yeyəcəkləri barədə düşünərlər; onlardan bir şey istədikdə kasıb olacaqlarından qorxub verməzlər, yaxşılıq edənlərə daxilən düşmən kəsilərlər. Siyavuş Qurbanovun fikrincə, xəsisdən səxavət gözlənilmədiyi kimi, israf edən də səxavətli sayılmır.
Yazımın qəhrəmanı Şəmkir rayon 1 saylı notariat ofisi
Xüsusi notarius
Qurbanov Siyavuş Heydər oğlu mərhəməti vəzifəsindən üstün tutan xeyriyyəçi iş adamıdır.
Onun daşıdığı vəzifə çox məsuliyyətli və əmək tələb edən işdir. Bütün çətinliklərin öhdəsindən layiqincə və çox məharətlə gəlir. Uzun illər ərzində topladığı təcrübə, səriştə onun hər zaman köməyinə çatır. Siyavuş Qurbanovun fəaliyyəti barədə onu tanıyan hər kəs müsbət rəydədir. Ancaq onun ən çox təqdir olunan cəhətləri qəlbinin təmizliyi, insani keyfiyyətləridir. Bu keyfiyyətlər onun bir rəhbər işçi kimi üstün məziyyətlərini tamamlayır.
Siyavuş Qurbanov Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də doğulub boya-başa çatdığı el-oba üçün əziz, dəyərlidir. Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər: ağıllıdır, təvazökardır, sadə və təmkinlidir, əsil Allah adamıdır, sözü ilə əməli bir olan insandır. Eyni zamanda xeyirxahdır.
Siyavuş Qurbanov
nəinki rəhbərlik etdiyi işçi kollektivinə, eyni zamanda ona müraciət edən hər kəsə, o cümlədən şəhid ailələrinə, qazilərimizə, veteranlara bacardığı köməyi edir, onlardan heç bir dəstəyini əsirgəmir.
44 günlük Vətən Müharibəsində şanlı Qələbənin əldə olunmasında əsas amillər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, müzəffər Ordumuzun peşəkarlığı və xalqımızın birliyi olmuşdur.
Sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan II Vətən müharibəsində qəlbi Vətən eşqi ilə döyünən hər bir Azərbaycan vətəndaşı istər ön cəbhədə, istərsə də arxa cəbhədə tutduğu mövqedə vətənə sədaqətin müqəddəsliyini, xalqının birliyini, sarsılmazlığını, cəsarəti və mərdliyini həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi. Elə yazımın əsas qəhrəmanı Siyavuş Qurbanov da arxa cəbhədə tutduğu mövqedə vətənə sədaqətini öz xeyirxah əməli ilə nümayiş etdirən dəyərli el oğludur.
Yola saldığı acılı-şirinli illər, şərəfli ömür yolu Siyavuş müəllimin ömrünə kamillik əlavə edir.
Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və  təmkinlidir, əsil iman əhlidir, adı ilə sözü, əməli bir olan insandır.
Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir, xeyirxah əməl sahibinə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şərəfli fəaliyyətində bol-bol nailiyyətlər arzulayıram.
 Daima sevilib,seçilənlərdən olasız, Siyavuş müəllim.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl