Tarixən xalqını,millətini sevən insanlar öz xeyirxah işləri ilə xalqın ürəyində yurd salıb, heykəlləşiblər. Millətinə pərəstiş edənlər millət üçün nələr etməyiblər?! Yol çəkdirib, su vurdurub, körpü saldırıb, elin-obanın yaxşı yaşaması üçün əllərindən gələni əsirgəməyiblər.Vətənlə bağlı bu fikir, bu el deyimi gəldi, düşdü yadıma:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!
Bu fikirlə razılşmaq üçün vətən naminə uğurlu addımlar atmalı, vətənin şərəfli oğullarını xalqın gözündə ucalmağı bacarmalıdır.
Yazımın əsas qəhrəmanı Yevlax rayonu Aran Qəsəbə bələdiyyəsinin sədri Yevlax şəhər Aran Qəsəbə Bələdiyyəsinin sədri Əbülfət İdris oğlu Rzayev də belə vətən oğullarındandır.
Yevlax rayonu Aran Qəsəbə bələdiyyəsinin sədri vəzifəsində fəaliyyətə başladığı gündən hazırkı günə qədər insanlarla xoş ünsiyyət quran Əbülfət müəllim bələdiyyədə fəaliyyət göstərən hər bir işçilərlə bərabər ərazidə yaşayan hər kəsin hörmət və nüfuzunu qazanıb. İşində məsuliyyətli olan, hər zaman öhdəsinə düşən işləri layiqincə yerinə yetirən Əbülfət Rzayev öz iş funksiyasını dərindən bilən rəhbərlərdəndir, desəm, yanılmaram. Həmçinin, bir bələdiyyə sədri kimi qəsəbə əhalisinin xeyir-şərində daima iştirak edir və əlindən gələn köməyini əsirgəmir. Elə bu səbəbdəndir ki, bu gün hər kəsin böyük inamını və sevgisini qazanıb. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları “Regionların sosial-iqtisadi inkişaf proqramı” Yevlax rayon İcra Hakimiyyəti tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Gördüyümüz kimi, Yevlax rayonu günü-gündən inkişaf edir. Və danılmaz həqiqətdir ki, rayonun zəhmətkeş əhalisi firavan həyat sürür. Yevlax rayonunun sakinləri dövlətimizdən-dövlətçiliyimizdənonun rəhbərindən olduqca razıdırlar. Biz də öz növbəmizdə öz işini günün tələbləri səviyyəsində quran Yevlax rayonu Aran Qəsəbə bələdiyyəsinin sədri Əbülfət İdris oğlu Rzayevə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında
müstəqil Azərbaycanımızın yüksəlişi naminə fəaliyyətində uğurlar arzulayırıq.