kanal1

UŞAQLAR DÖVLƏTİN GƏLƏCƏYİ, MÖHKƏMLİYİDİR

Tarix:3-09-2024, 14:26
Baxış Sayı:69

"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Heydər Əliyev
Uşaq – heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Respublikamızda bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşılır.
Dünyaya gələndən ömrümüzün ikinci, üçüncü baharından həyatımızın astanası sayılan bağçaya gedirik. Bağça uşaqların həyatında böyük bir yerdir. Addım atmağı da, dil açmağı da bağçada öyrənirik. Uşaqların zehninin, əqlinin formalaşması məhz bağçadan başlayır. Ümumiyyətlə, bu doğma ocaq bizim həyatımıza da isti ana qucağı qədər əziz və həmişə yad ediləndir.
Özünün işgüzarlığı ilə uşaqların sevincinə sevinc qatan Bərdə şəhər 10 saylı körpələr evi uşaq baxçasının müdiri Leyla xanım Məmmədova
rəhbərlik edir. Baxçada pedoqoji stajı olan tərbiyyəçilər fəaliyyət göstərir ki, onların hər birinin çoxillik təcrübəsi öz bəhrəsini verib.Öz peşəsinin vurğunu olan bu tərbiyyəçilərin işgüzarlığı nəticəsində bağçada işgüzarlıq ab-havası hökm sürür.
Bağçada uşaqların tərbiyəsi, məktəb təliminə hazırlanması, istedadların üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Ümumiyyətlə, dövlət səviyyəsində olan bütün bayramlar, əlamətdar günlər bağçada yüksək səviyyədə qeyd olunur və keçirilir. Hər il müharibədə şəhid olanların qəbirləri ziyarət edilir, körpələrə onların hər birinin Vətən uğrunda həlak olduqları xatırladılır. Xatırladılır ki,başı min cür bəlalar çəkmiş Azərbaycanımızın çörəyini yeyib, suyunu içən qəddar düşmənlərin neçə-neçə övladları valideynsiz, bacıları qardaşsız, valideynləri övladsız, qadınları başsız, sahibsiz qoyduqlarını heç bir zaman unutmasınlar.
12 dekabr Dahi öndər Heydər Əliyevin ildönümü, eyni zamanda 10 May Ümummilli liderimizin ad günü münasibətilə bağçada tədbir keçirilir, Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu öndərimizin uşaqları sonsuz məhəbbətlə sevdiyi və onlara böyük qayğı və diqqət göstərdiyini, Azərbaycanımızın gələcəyi olan körpələrimizin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olduğu hər zaman körpə fidanlara aşılanır.
Məktəb həyatına addım atmaqda olan körpələrimiz tədbirdə ulu öndərimizə həsr olunmuş şeirlər söyləmiş,harada olursa olsunlar Vətənimiz Azərbaycanın başını hər zaman uca edəcəklərini bildirmişlər. Ürəkləri Vətən eşqi ilə döyünən körpələrimiz Ümummilli liderimizin bizə miras qoyub getdiyi müstəqilliyimizi daim qoruyacaqlarına söz vermişlər.
Bağçada divarları bəzəyən şəkillər, tərtib olunmuş stendlər, tərbiyyəçilərə və valideynlərə lazım olan yenilikləri, məlumatları və məsləhətləri çatdırır.
Haqqında söhbət açdığım Bərdə şəhər 10 saylı Körpələr Evi Uşaq baxçasının müdiri Leyla xanım Məmmədova
kollektivin təhsil islahatlarının həyata keçirilməsi istiqamətində inamla addımlayır.
Bağçada körpələrimizin zehninin, əqlinin formalaşması, onların hər birinin xoşbəxt gələcəyi naminə əllərindən gələni əsirgəməyən Leyla xanım Məmmədovanın, müəllimlərin, uşaqların təmizliyinin qeydinə qalan xadimələrin, sağlamlıqlarının keşiyində duran həkim və tibb bacısının da əməyi böyükdür.
Biz də bu dəyərli peşə sahibinə, Leyla xanım Məmmədova başda olmaqla bütün işçi kollektivinə həyatda və pedaqoji fəaliyyətində səbr diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli, çətin və məsuliyyət tələb edən işlərində uğurlar arzulayırıq

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl