kanal1

Ədliyyə Nazirliyinin generalı həbs edilə bilər - TİBB BAŞ İDARƏSİNDƏ SENSASİON FAKTLAR ÜZƏ ÇIXIB

Tarix:27-08-2024, 14:36
Baxış Sayı:3


Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları üzə çıxıb.

Gununsesi.info-nun adıçəkilən nazirlikdəki mənbəyə istinadən verdiyi xəbərə görə, yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.

Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla vəsait yoxa çıxıb.

Xüsusilə, məhkumların müalicəsi üçün dərman pereparatlarının böyük bir faizi Bakıda ayrı-ayrı apteklərdə satılıb.

Bundan başqa cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinə aid avadanlıqların yenilənməsinə dair pullar ayrılsa da bunlar yanlız sənəd üzərində olub.

Həmçinin, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam şəkildə düşən şəxslər sonrakı illərdə Hepatit və vərəm xəstəliklərinə yoluxub.

Ancaq nazirin Rəafel Mehdiyev barəsində üzə çıxan bu faktları Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib-etməyəcəyi bəlli deyil.

Mənbəmiz bu araşdırmaların hələ də davam etdiyini deyir.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.

Mövzuya qayıdacağıq.

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
"Mərcan" klinikasından şikayət: Pasient Nigar Məmmədovanın səhvindən ölüb? -İDDİA
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-MÜRACİƏT
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
Bağırov qardaşlarının “Soliton LTD” şirkəti cərimələndi
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
DİREKTORUN ÖZBAŞINALIĞI - Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifovun əməlləri təhsilə böyük zərbə vurur
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO