kanal1

Bu məsələ Məcnun müəllimi maraqlandırmırsa... - Yayda ət bahalaşırsa, qışda gör, nə olacaq...

Tarix:23-08-2024, 16:00
Baxış Sayı:0


Kəndli çox çətin situasiya ilə üz-üzə qalıb. İş yox, pul yox, pay torpaq sahələrini əkib-becərməyə texnika yox, heyvan saxlamağa örüş yeri də yox. Kəndlər boşalanda da kəndlini qınayırıq. Hesab edirik ki, bütün yoxluqlara rəğmən, yenə də həyatda qalmağı bacarmalıdır.

Bizimyol.info xəbər verir ki, ölkənin müxtəlif yerlərində quzu ətinin kiloqramı 20 manatdan baha satılmağa başlanılıb. Ən yaxşı halda ətin kilosuna 20 manat vermək mümkündür. Mal ətinin kiloqramı təsadüfi hallarda 15 manatdan ucuz təklif olunur. Halbuki keçən ilin sonlarında 12 manatdan almaq alınırdı.

Bu haqda az yazmamışıq. Örüş yerləri tükəndikcə ət istehsalı da azalır. Mal-qaranın qidalanması ucuz başa gəlmir. Örüş yerləri kəndlini vəziyyətdən çıxarırdı. Səhər erkən camaat mal-heyvanını uyğun sahələrə ötürürdü, qaş qaralanda tövləyə salırdı. İndi heyvan otarmağa yer qalmayıb. Hər yer ələ keçirilib. Bir dəfə yolunuz Qubanın kəndlərinə düşsə, durumu daha aşkar görərsiniz. Məmurlar böyük sahələri zəbt edərək gilas əkməyə başlayıb. Plansız aqroparkların salınması isə həm su qıtlığı yaradır, həm də torpaq. Bakıya tərəf üz tutduqca darvazaların üzərində “satılır” ifadələri bir-birini əvəz edir. Camaat daha kənd yerlərində yaşaya bilmir. Çünki məmur əlləri ucqarlara qədər uzanıb.

Yem çox bahalaşıb. Son illər yoncanın bağlamasının hətta 2 manat 50 qəpiyə satıldığını da görmüşük. İndi 6 manata tapmaq olur. Bəzi rayonlarda yoncanın bağlaması 8 manata təklif edilir. Kəndli bu şərtlərlə necə heyvan saxlasın? Məcburiyyətdən olan-qalanını satıb paytaxta gələrək qul həyatı yaşamağa başlayır. Bakıda qazancın yarıdan çoxu ev kirayəsinə gedir. Halbuki, kəndli elə kənddə faydalıdır. Hamı Bakıda yaşayacaqsa, aqrar sektor necə inkişaf edəcək?

Nə qədər yazsaq da, dərd azalmır. Bu istiqamətdə ciddi islahatlara ehtiyac var. Kəndlinin nəinki qarşısını kəsməmək, hətta ona yaxşı şərait yaratmaq lazımdır.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?