kanal1

Gəncədə sərnişindaşımada nələr baş verir? - ÖZBAŞINALIQ!

Tarix:22-08-2024, 12:00
Baxış Sayı:1


Gəncədə şəhərdaxili sərnişindaşımanı həyata keçirən “Simurq kompany” (Avto-Maşın Sexi)külli miqdarda vergidən yayınıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalardan sonra “Simurq kompany” 72 min manat cərimələnib.

Cərimə cəzasının tətbiqindən sonra məlum olub ki, şirkətdə daha böyük qanunsuzluqlar hökm sürürmüş.

Belə ki, şirkətdə sürücü kimi çalışan Əlövsət Bayramov saytımıza açıqlamasında bildirib ki, bir neçə il əvvəl ondan rüşvət alaraq işə qəbul ediblər: “Bizə minimum əmək haqqı yazılırdı. Pensiya və sığorta pulumuz ödənilsə də maaşımızı özlərinə götürürdülər. Biz də sürücü işləyib qazanırdıq, ona görə də buna çox önəm vermirdik. Çünki, şirkətin başında duran Əflatun Əliyev və Fuad Babayev qarajın xərclərinin ağır olduğunu iddia edirdi. Ancaq indi mənə məlum olub ki, özümdən xəbərsiz işdən azad olunmuşam”.

Gəncədə sərnişindaşımada nələr baş verir?

Əlövsət Bayramov üzləşdiyi bu qanunsuzluqla bağlı Baş Prokurluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyini də vurğulayıb.

Şirkətdə çalışan şəhid ailəsi Raib Xəlilov da özündən xəbərsiz işdən azad edildiyini deyir.

Ermənilərin Gəncəyə raket hücumu nəticəsində evi dağılan və həyat yoldaşını itirən Raib Xəlilov özü ağır yaralansa da həyatda qala bilib.

Rahib Xəlilov deyir ki, 20 avqust tarixində şirkətə gedərək, özü üçün sənəd almaq istəyib. Lakin ona bildirib ki, sən xeyli zamandır ki, burada işləmirsən.

Görünür, Əflatun Əliyev və Fuad Babayev cütlüyü üçün bu faciəvi hadisəni yaşayan bir insanı işdən atmaq asan məsələdir.

Şirkətdə işləyən sürücülər deyir ki, bu cür hallar çoxdur.

Bundan başqa şirkətin yerdə qalan səhmdarları da bütün qazanclara sahib çıxan Əflatun Əliyev və Fuad Babayevin onları səhmdar cəmiyyətə yaxın buraxmadığını deyir.

Növbəti araşdırmamızda bu barədə geniş material təqdim edəcəyik.

Yuxarıdakı iddialarla bağlı Fuad Babayevin mobil telefonuna etdiyimiz zənglər cavabsız qaldı.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”