kanal1

Adı qalmaqallı hadisələrdə hallanan icra başçısı Zaqatalaya deputat "seçilməyə" gedib

Tarix:21-08-2024, 11:56
Baxış Sayı:0


"Gedib" sözünü ona görə deyirik ki, onu Zaqatalanı təmsil etməyə hakim Yeni Azərbaycan Partiyası onu göndərib.
Əslində Asif Əsgərov əslən Zaqataladan da deyil; Naxçıvan Muxtar Respublikasındandır. Amma, əlbəttə, hər bir seçki yaşına çatmış vətəndaş ölkənin istənilən bölgəsindən deputatlığa iddia edə bilər. Sadəcə, Asif Əsgərovu Zaqatalaya icra başçılığından başqa nəyin bağladığı bizə məlum deyil.

O, Zaqataladan gəlib Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı oldu. Sonra isə Nəsimi rayonuna başçı təyin etdilər.

Hələ Səbail rayonunda başçı olarkən, Asif Əsgərovun oğlu sürücüsündən sükanı alaraq, sürətlə avtomobil idarə etmiş, ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Nəticədə avtomobilin sərnişini olan 16 yaşlı yeniyetmə Sənan Mirzəyev (McDonalds şirkətinin Azərbaycan üzrə təmsilçisi olmuş Maksud Mirzəyevin oğlu) aparıldığı Sabunçu xəstəxanasında aldığı yaralardan vəfat etmişdi. O zaman Asif Əsgərov öz oğlu İlham Əsgərlini təcili əməliyyat üçün Ankaraya aparmış, Maksud Mirzəyevin oğlu isə xəstaxanada qalaraq can vermişdi.

Bu haqda mediada çoxlu yazılar yazılmışdı. Hadisənin günahkarı başçının oğlu İlham Asif oğlu Əsgərli olsa da, təqsir avtomobilin arxadan çırpıldığı “Howo” markalı yük maşınının sürücüsü Əhliman Qəhrənanovun üzərinə yıxılmış, o, günahsız yerə 6 il həbsdə yatmışdı. Asif Əsgərovun oğlu İlham Əsgərli qısa müddət həbsdə qalsa da, "xəstəliyinə görə" cəzadan yayındırılmışdı. Bu hadisədən sonra isə Asif Əsgərov Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin edilmişdi. İndi isə o, Zaqatalaya - Milli Məclisə deputat mandatı dalınca gedib.

Asif Əsgərovun adı mediada bir çox başqa neqativ işlərdə də hallanıb. O cümlədən, Nəsimi rayonu ərazisində pilot tikinti layihələri və ərazidə söküntü işləri ilə bağlı. Ancaq bütün bunlar Asif Əsgərovun karyerasına heç bir mənfi təsir etməyib. Başçı hətta "Tərəqqi" medalı ilə təltif olunub. Hazırda isə hakim partiyanın siyahısından deputatlığa namizəddir.

Bütün bunlardan sonra Zaqatala Asif Əsgərova səs verəcəkmi?! Sentyabrın 1-də bunu biləcəyik. Hərçənd bəlkə də Asif Əsgərov öz "qələbəsi"ni indidən bayram edir. Adı "siyahı"dadır deyə arxayındır. Ancaq nə bilmək olar?! Rəqibi Qarabağ müharibəsi qazisidir. Zaqatalalılarda isə torpaq uğrunda vuruşanlara sevgi və sayğı var.

Seyid Əhmədli, Bizimyol.info

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”
Şimali Kipr mediasından ŞOK İDDİA: “Azərbaycanlı məmurlara saxta doktorantura diplomları verilir”