kanal1

Tamam Cəfərova çətin vəziyyətdə; rəqibi Rauf Qurbanovun plakatlarını kim cırıb? - Şamaxıda qızğın rəqabət

Tarix:17-08-2024, 11:50
Baxış Sayı:1



88 saylı Şamaxı seçki dairəsindən namizəd olan IV çağırış Milli Məclisin deputatı Tamam Cəfərovanın seçki kampaniyası o qədər də uğurlu getmir.

Şamaxıdan Reportyor.info-ya daxil olan məlumata görə, seçicilər Tamam Cəfərova ilə görüşə, demək olar ki, getmirlər. O, yalnız inzibati resursların hesabına görüşlərinə adam toplaya bilir.
Tamam Cəfərovanın çətinliklə üzləşməsi həm də 88 saylı dairədən namizədliyini irəli sürən Rauf Qurbanov faktoru ilə əlaqələndirilir.

Rauf Qurbanov uzun müddət Fövqəladə Hallar Nazirliyində (FHN) müxtəlif vəzifələrdə çalışıb.
Rauf Qurbanov 88 saylı Şamaxı seçki dairəsini təsadüfən seçməyib. O, əslən Şamaxıdandır. Həmçinin şəhərdə kifayət qədər nüfuza malikdir.
Bu baxımdan, seçicilərin diqqəti ona fokuslanıb.

Əldə etdiyimiz məlumatlara görə, uğurlu seçki kampaniyası aparan Rauf Qurbanov bu günlərdə təxribatla üzləşib. Onun təbliğat plakatlarını reklam lövhələrindən və başqa yerlərdən cırmağa başlayıblar. Maraqlıdır ki, reklam lövhəsində yalnız Tamam Cəfərovanın plakatı saxlanılıb. Bu fakt Şamaxıda müxtəlif mülahizələrə səbəb olub. Ehtimal olunur ki, reklam lövhələlərinə Tamam Cəfərovanın komandası “əl gəzdirib”. Bu iddianı səsləndirənlər hesab edir ki, əgər plakatlar, sadəcə, xuliqanlıq məqsədilə cırılsaydı, o zaman gərək Tamam Cəfərovanın da plakatı sıradan çıxarılardı.

Rauf Qurbanovun komandası hələlik bu ittihamı bölüşmür. Onlar məsələnin araşdırılmasına çalışırlar.

Reportyor.info

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?