kanal1

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb? – İDDİA

Tarix:16-08-2024, 17:36
Baxış Sayı:1



Bir neçə il əvvəl “Lotu Quli” kimi tanınan “Qanuni oğru” Nadir Səlifovun qətlə yetirildiyi hotellə bağlı iddialar yenidən gündəmə gəlib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Nadir Səlifovun öldürüldüyü “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsis VI çağırış Milli Məclisin deputatı, 71 saylı Cəlilabad şəhər seçki dairəsindən növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Malik Həsənova məxsusdur. İddia edilir ki, Malik Həsənov Nadir Səlifovun öldürüldüyü hoteli satıb.
Qeyd edək ki, adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir. Antalyanın ən elit və böyük təsislərindən olan otelin bir nəfər üçün tək gecəlik qiyməti 232.26 AZN-dir.
Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb.
Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra “Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.
Əldə etdiyimiz digər məlumata görə, Sərxan Babayev Malik Həsənovun qeyri-rəsmi ortağıdır. Məlumatlarda S.Babayevin adı çəkilsə də, hotelin arxasındakı əsas fiqur Malik Həsənovdur. Bildirilir ki, Malik Həsənov Sərxan Babayevə himayədarlıq edir. Onların hər ikisinin eyni qrupdan olduqları qeyd edilir.
Xatırladaq ki, Qulinin Türkiyədə qətli kriminal aləmdə şok effekti yaratmışdı. Quli 2020-ci ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində baş nahiyəsinə açılan güllə ilə öldürülmüşdü.(Yenicag.az)

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl