kanal1

Bərdədə şəhid ailələri BUNA GÖRƏ ETİRAZA QALXDI... - AXI NİYƏ?

Tarix:15-08-2024, 17:16
Baxış Sayı:1



Bərdədə yaşayan şəhid ailələri Bərdə şəhər Şəhidlər Xiyabanına aylardır su verilməməsindən narazılıq edir. Bərdə Suvarma İdarəsi isə Şəhidlər Xiyabanının su təminatında problem olmadığını bildirib.

"Şəhidlər Xiyabanı aylardır su ilə təmin edilmir. Sadəcə xiyabanın içində bulaq var. Orada da demək olar su sızaraq gəldiyi üçün xiyabanın içində olan ağac və gülləri sulamaq mümkün deyil. Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda da olmuşuq. O bildirib ki, artiziandan çəkilən su əkin sahələrinə verilir. Şəhidlər Xiyabanında olan bütün ağac və gülləri öz hesabımıza almışıq. İndi bu ağaclar susuzluqluqdan məhv olur. Atamoğlan Babayev dəfələrlə müraciət etməyimizə baxmayaraq bu məsələyə əhəmiyyət vermir. Bununla bağlı ölkə başçısından dəstək istəyirik ki, məsələyə biganə yanaşan Atamoğlan Babayev cəzalandırılsın", - şəhid valideynləri sosial hesablarında yazıb.

Bərdədə dəfn edilən şəhid Xudayar Yusifzadənin anası Radə Yusifzadə faktı anews.az-a təsdiqləyib və bildirib ki, artıq bu problem bir neçə aydır davam edir.

"Şəhidlər Xiyabanını yaxınlığında yerləşən artizan suyunu kəsiblər. Xiyabandakı gülləri suvarmaq üçün su tapa bilmirik. Bu hal bir neçə aydır davam edir. Məcbur olub müraciət ünvanlamışıq. Şəhid valideynləri bir neçə dəfə Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayevin qəbulunda olub. Onlara verilən cavab bu olub ki, su əkin sahələrinə verildiyi üçün kəsilib. Biz Xiyabandakı güllləri öz hesabımıza almışıq. İstəyimiz də budur ki, bu məsələ həll olunsun", - Radə Yusifzadə anews.az-a açıqlamasında bildirib.

Məsələ ilə bağlı Bərdə Suvarma İdarəsinin rəisi Atamoğlan Babayev anews.az-a açıqlamasında bildirib ki, Bərdədə yerləşən Şəhidlər Xiyabanında suyun verilməsində heç vaxt problem olmayıb.

"Şəhidlər Xiyabanında hər zaman su olub. Bu gün mütəxəssislər həmin əraziyə əlavə bir boru da çəkəcək. Artizian suyu da fasilə olmadan verilib. Artizian suyunun dayanması mümkün deyil. Orada əlavə quraşdırılmış nasos da var. Bundan başqa Şəhidlər Xiyabanında bulaq da tikilib. Oradan keçən əhali də o sudan istifadə edə bilir. Xiyabanda su ilə bağlı hər hansı problem yoxdur, - Babayev vurğulayıb.(Anews)
VİDEO BURADA: My Webpage

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl