kanal1

Xəzər Aslanov kəndə su çəkmək üçün bizdən pul istəyir - NARAZILIQ VAR...

Tarix:15-08-2024, 11:50
Baxış Sayı:2


Xızı rayonunun Sitalçay kənd sakinləri susuzluqdan şikayətçidirlər.

AFN.az xəbər verir ki, sakinlər artıq 4 ildir yay aylarında kəndə gələn içməli suyun tamamilə kəsildiyini deyirlər: "Rayon icra icra hakimiyyətinin başçısı Xəzər Aslanov kənddə suyun olmaması ilə bağlı bizim şikyətimizi dinləmək belə istəmir. Biz onunla görüşdə dedik ki, eşitmişik bizim kəndə su kanalı çəkiləsidir, niyə reallaşmır bu layihə? Dedi onu kim deyib?!"

Sakinlər bildirirlər ki, kəndin yaxınlığından 3 su xətti keçir: "2 Şollar suyu, bir kanal xətti keçir. Heç olmasa bizə kanal suyundan versinlər. Qonşu kəndlərin hamısında Şollar suyu da var, kanal suyu da. Bir dənə bizim kəndimizdə yoxdur. Yeni Yaşma, Şorabad, Türkoba, Məşədihəsən neçə kilometrlərlə burdan aralıdır, Giləzi qonşu kənddir, hamısına kanal suyu da gedir, Şollar suyu da. Bizə də deyirlər pul yığın verin, sizə də gəlsin. Dia-az.İnfo Xəzər Aslanov neçə hektar ərazidə zeytunluq salıb, oranı sulamağa su verirlər, biz kəndçilərə su verilmir. Borular da alınıb, amma imkan vermir çəkməyə. İmkan versinlər, özümüzə gün ağlayaq. Üzümüzü kimə tutaq bunun üçün? Bizim ağaclarımız quruyur, yaşıllıqlarımız məhv olur. İndi XXI əsrdir, eşşəklə su gətirmək olar?"

Sitalçay ərazisindən Samur-Taxtakörpü-Abşeron su kanalı, 1914-cü ildə və 1967-ci ildə çəkilmiş iki Şollar su xətti keçir. Kəndə ayrılan xətt 1967-ci ildə çəkilən xətdən qaynaqlanır. Yay aylarında həmin xətdə su azaldığı üçün problem yaranır. Bir neçə il əvvəl çəkilmiş Samur-Taxtakörpü-Abşeron su kanalından Sitalçay üçün ayrılmış xətdən kənd sakinləri, bələdiyyə və digər təşkilatlar vasitəsilə alınmış plastik borular vasitəsilə kəndə su çəkilməsinə isə Xızının icra başçısı Xəzər Aslanov icazə vermir. Hər halda, sakinlər belə deyirlər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl Xəzər Aslanov kənddə olanda söz verib ki, özü də kömək edəcək suyun çəkilməsinə. Lakin nə hikmətdirsə, sakinlər öz hesablarına borular alsalar da, çəkilişə icazə verilmir: "Kəndin yolunu çəkdirəndə də icazə vermirdilər. Şirkət 100 min pul ayırmışdı, prezident gəlməli idi kəndə, icra başçısı deyirdi ki, pulu mənə verin".

Qeyd edilənlərlə bağlı Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun mövqeyini almaq istədik. İcra başçısının İH-in rəsmi saytında göstərilən telefon nömrəsinə cavab verən şəxs 5 dəqiqə sonra zəng etməyimizi istədi. 5 dəqiqədən sonra etdiyimiz zənglərə isə cavab verilmədi. Hər bir halda (AFN)
X.Aslanovun mövqeyini verməyə hazırıq.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl