kanal1

Lerikin icra başçısı TƏFTİŞ OLUNUR - ONUNLA BAĞLI...

Tarix:13-08-2024, 17:10
Baxış Sayı:7


Lerik ağsaqqalları Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun qanunsuz əməlləri, külli miqdarda mənimsəmə, rayonda məmur özbaşınalıqları, kadr yerləşdirilməsində şəxsi maraqların önə çəkilməsi, rayondakı rüşvət və korrupsiya faktları ilə bağlı Prezidentə müraciət ediblər.

Bu barədə icra hakimiyyətindəki mənbə məlumat verib.

Artıq bir neçə gündür ki, Prezident Administasiyasının əməkdaşları İcra Hakimiyyətində yoxlamalar aparır, rayonda insanları qəbul edib dinləyir və yazılan faktları yoxlayırlar.

Mənbənin dediyinə görə, ağsaqqallar ölkə rəhbərliyinə yazıblar ki, heç bir idarəçilik təcrübəsi olmayan bu gənc icra başçısı özündən başqa heç kimi bəyənmir, özünü hamıdan yuxarı tutur, rayonda tam nəzarətsiz və özbaşınalıq davam edir.

O, Ağsaqqalların adını açıqlamasa da, rayonda ciddi yoxlamaların aparıldığını deyib: "Bir neçə gündür ki, deputatlığa namizədlərin təbliğat-təşviqat tədbirlərinə başlanılıb. İcra başçısı Ə.Abbasov bütün idarə, müəssisə rəhbərlərini, icra nümayəndələrini, ağsaqqalları və cəmiyyətdə sözügedən ziyalıları İcra Aparatına çağırararaq konktret və açıq şəkildə bildirib ki, yeganə dəstəklənəsi namizəd Vasif Qafarovdur. Çünki onu Prezident Admonstrasiyasından məsləhət bilirlər. Gedin bir nəfər kimi Vasif Qafarova səs verin. Hansı seçki məntəqəsində problem yaransa, yəni Vasif Qafarovun səsi çox olmasa, o məntəqənin sədri və icra nümayəndəsi işdən azad olunacaq. Əkbər Abbasov açıq deyir ki, mən bülletendə 11-ci adama - Vasif QAfarova səs verərəm, siz də ona səs verin".

Məlumatda deyilir ki, rayon ziyalılarını icra başçısından narazı salan onun leriklilərə qarşı kobud danışmasıdır: "İclaslarda danışığını bilmir və bu hərəkətləri lerikliləri hiddətləndirir. Xahiş edirik ki, bu adamı geri qaytarın, yerinə əhali ilə normal davranan bir şəxsi təyin edin".

Lerik Rayon İcra Hakimiyyəti şikayətlə bağlı sorğulara cavab verməyib.

Anaxeber.info

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl