kanal1

Buraları kimin VİCDANINA YAZAQ?.. - NARAZILIQ VAR...

Tarix:13-08-2024, 16:41
Baxış Sayı:3



Moderator.az xəbər verir ki, Bakının Binəqədi və Abşeron rayonlarının birəlşdiyi ərazidə - Binəqəd Gənclər Şəhərciyinin qarşısındakı qəbiristanlıq artıq bir neçə ildir ki, sözün həqiqi mənasında çirkab suların “mühasirəsindədir”.

Bir tərəfində göl yerləşən qəbiristanlığın digər tərəflərində kanalizasiya sularının əmələ gətirdiyi çirkab göllər və iri axarlar var ki, bu da qəbiristnalığın yalnız bugünü deyil, gələcək vəziyyəti ilə bağlı da narahatlıq yaradır. Qəbiristanlıq bir qədər hündür yerdə salınsa da, ərazidəki kanalizasiya sularının gündən-günə artması sözügedən məzarlığın aqibətini sual altında qoyur.


Qəbiristanlığın ətrafındakı üfunətli gölməçələr isə doğmalarının qəbirlərini ziyarətə gələn insanları narahat edir. Vətəndaşlar iddia edir ki, qış aylarında yağışların yağması ilə ərazidəki kanalizasiya sularının miqdarı da artır ki, bu da qəbiristanlığı ziyarət etməyi daha da çətinləşdirir.

Binəqədi sakinləri ümid edir ki, əlaqədar qurumlar qəbiristanlığı çirkab suların mühasirəsindən çıxarmaq üçün lazımi addımları atacaq, vətəndaşların daha bir neçə ilə əziyyət çəkməsinə imkan verməyəcəklər.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl