kanal1

Mürsəl İbrahimovun şəffaflıq görüntüsü yaratdığı Dövlət Xidmətində korrupsiya izi - İTTİHAM VAR...

Tarix:12-08-2024, 11:50
Baxış Sayı:0


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi Mürsəl İbrahimovun qurumun fəaliyyətində şəffaflıq yaratması barədə aparılan təbliğat görüntü xarakteri daşıyır.

Onun fəaliyyəti keçmiş rəhbərliyin dövrünü təftiş etmək və müxtəlif bəhanalərlə Xidmətin strukturundakı peşəkar kadrları sıradan çıxarmağa yönəlib.

Bu barədə Gununsesi.info-nun araşdırması zamanı üzə çıxıb.

Qeyd edək ki, son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mürsəl İbrahimovun rəhbərliyi dövrünədək olan fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır.

Məlum olub ki, bu araşdırmalar məhz elə Mürsəl İbrahimovun özünün təşəbbüsü ilə bağlayıb.

Yayılan xəbərlərə görə, prokurorluğun araşdırmasına 300 nəfər xidmətin və səhiyyə orqanlarının təmsilçisi cəlb olunub. Onlar arasında ölkənin müxtəlif şəhər və rayonlarının 30-dək hərbi komissarı da var.

Yoxlamalarda onlarla şəxsin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, ayrı-ayrı şəxslərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, yüzlərlə gəncin müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Əslində isə baş verən budur ki, Mürsəl İbrahimov keçmiş rəhbərliyin dövrünü təftiş etdirməklə hazırda baş verənləri ört-basdır etməyə yönəlib.

Mürsəl İbrahimov korrupsiya və rüşvətlə mübarizə görüntüsü yaratsa da ancaq hazırda da ciddi pozuntular var.

Belə ki, həqiqi hərbi xidmətə gedən gənclərin hərbi hissələrə yerləşdirilməsi üçün nəqliyyat və digər xərclər büdcədə nəzərdə tutulsa da bu iş xidmətin yerli strukturlarına həvalə edilir.

Bu prosesin ölkə üzrə həyata keçirildiyini və minlərlə vətəndaşı əhatə etdiyini nəzərə alsaq, o zaman burada korrupsiya izi açıq görünür.

Rüşvət almadıqlarını iddia edən xidmət əməkdaşları bildirir ki, çağırışçıların ölkənin müxtəlif bölgələrindəki hərbi hissələrə yerləşdirilməsi üçün öz maaşlarını sərf etməli olurlar.

Bundan başqa xidmətin balansında olan avtomobillərin cari təmiri üçün vəsaitlər də mənimsənilir.

Həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli ofislərinin təmir-bərpası və sair xərcləri də ilə bağlı da müammalı əməliyyatlar aparılıb.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.(Gununsesi.info)

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl