kanal1

Elşad Həsənova KİMSƏ BATA BİLMİR... - Sakinlərin gileyləri də qulaqardına vurulur...

Tarix:12-08-2024, 11:03
Baxış Sayı:0


Bir neçə gün əvvəl rəsmi şəkildə məlumat yayıldı ki, bəs Bakı şəhər İcra Hakimiyyətində keçirilən toplantıda məhz yarıtmaz fəaliyyəti səbəbindən paytaxtın iki rayonunun rəhbərliyinə BŞİH başçısı Eldar Əzizov tərəfindən xəbərdarlıq olunub. Və onlardan biri də son günlər adı müxtəlif özbaşınalıq faktlarında hallanan, yasamal rayonunu dədə malı kimi SATIŞA çıxaran sözügedən rayonun icra başçısı Elşad Həsənov idi.

Dia-az.İnfo bildirir ki, məhz bu xəbərin ardından belə bir təəssürat yarandı ki, bəlkə dünənə qədər özünü "bespredel" hiss edən Elşad Həsənov bəlkə özünə yığışa... Amma sən saydığını say, gör, fələk nə sayır...

Müşahdiə olunanı odur ki, bu gün Yasamal rayonu açıq şəkildə müharibə meydanını xatırladır və Elşad Həsənov elə bir küçə qoymayıb ki, orda yolkənarları nədir, hətta səkiləri belə satışa çıxarmasın. Bu gün Yasamalda piyadalara qanad lazımdır ki, təhlükəsiz şəkildə hərəkət etsinlər...


Qeyd edək ki, Dia-az.İnfo-ya da bu qəbildən onlarla şikayət daxil olmaqdadır. Onlardan növbətisində isə belə deyilir:

"Salam. Siz bir neçə gün öncə Yasamal rayonu haqqında yazmışdınız. Xahiş edirik, bizim yaşadığımız Yeni Yasamal Əsəd Əhmədov küçəsindəki durumdan da yazın. Burda gündən-günə çoxalan yolkənarı magazalar, köşklər haqqında da yazın. Gəlin buralara da bir nəzər salın..."

Nə deyirik, oxucumuz çağırdı... biz də gedəcəyik. Bizə qədərsə Yasamal RİH rəhbəri tərpənsə daha yaxşı olar.

Amma ondan bunu gözləmirik. Çünki kimsə umrunda deyil... Özünü rayonun tam qoçusu BİR MAFİYA BABASI kimi aparır...

MAHİFA demişkən... növbəti yazımızda bu məqama da xüsusi nəzər salacağıq. Bizi izləməyə davam edin...

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl