kanal1

Vüqar Səfərlinin bəzi əmlakları özünə qaytarıldı - Siyahı

Tarix:8-08-2024, 16:41
Baxış Sayı:0


Üç ildən çoxdur həbsdə olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilib-red.) rəhbəri Vüqar Səfərlinin əmlak davası başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Səfərlinin 12 əmlakının bir neçəsinin müsadirə edilməsini qanunsuz hesab edib.

Anar İbrahimovun sədrlik etdiyi məhkəmə tərkibi əmlakların cinayət baş verən dövrdən əvvəl alınması ilə bağlı dövlət qurumlarından gələn sorğuya cavabları və məhkumun vəkili Hikmət Əliyevin təqdim etdiyi digər sübutları araşdırdıqdan sonra belə qənaətə gəliblər.

Qərara əsasən, Vüqar Səfərlinin milyonluq əmlakları müsadirədən azad edilib. Həmin əmlaklar onun özünə qaytarılacaq.

Əmlakların siyahısı belədir:

- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzindəki mağaza.

Prokuror qərardan narazı qalıb.

***

Vüqar Səfərli ilə birgə cinayət məsuliyyətinə cəlb edilmiş Namiq Hacıyevin iki evi, Şahin İbrahimovun isə dəymiş ziyanın əvəzi olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manat pulu da müsadirədən çıxarılıb.

Qeyd edək ki, Vüqar Səfərli 2021-ci ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli mənimsəmə, rüşvət alma və digər cinayətlərdən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun üzərinə həbs qoyulmuş çoxsaylı əmlakları müsadirə edilib.

Sonrakı instansiya məhkəmələri keçmiş KİVDF rəhbərinin cəza müddətini qüvvədə saxlasalar da, Ali Məhkəmə onun özünün və ailə üzvlərinin adına olan əmlakların müsadirə edilməsi məsələsinə yenidən baxılmasını qərara alıb. İş həmin hissənin araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
Nərmin, Nəzrin, Arzu daha kimlər ölməlidiir ki, “MƏRCAN” klinikasına dur dəyən olsun?-Araşdırma
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl