kanal1

"Mc Donalds"dan Azərbaycana qarşı növbəti hörmətsizlik - Bayrağımızı ASMADILAR

Tarix:8-08-2024, 12:31
Baxış Sayı:6


Batumidə fəaliyyət göstərən "Mc Donalds"ın əməkdaşlıq etdiyi ölkələrin bayraqları sırasında Azərbaycan bayrağına yer verməməsi etirazla qarşılanıb.

Pravda.az xəbər verir ki, bu barədə tanınmış vəkil Səbuhi Axundov paylaşım edib.

O, "Mc Donalds"dan görüntüləri paylaşaraq belə deyib:

"Bu, Batumidəki SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsidir. Binasının arxasından "Mc Donalds"a giriş var. Üst hissə "Mc Donalds"n ikinci mərtəbəsidir. Gürcüstanın paytaxtında bütün ticarət mərkəzlərində fəaliyyət göstərən "Mc Donalds" şəbəkəsinə məxsus obyektlərdə əməkdaşlıq etdikləri ölkələrin bayraqları asılıb. Yalnız Azərbaycan bayrağı yoxudur. Rəsmi şəxsi çox axtardım ki, niyəsini soruşum. Gürcülər çiyinlərini çəkdilər. Batumidə də eyni vəziyyəti görəndə aydın oldu ki, bu, düşünülmüş addımdır. Yaxşı olardı ki, “Mc Donalds" şəbəkəsinin bu hərəkətinə açıqlama alınsın. Azərbaycanla düşmənçilik səbəbi nədir? Bu qədər sərmayə yatırdığımız ölkədə bizə olan münasibəti anlamaqda çətinlik çəkirəm...”

Xatırlatma: “Mc Donalds" restoranlar şəbəkəsi 2020-ci ildə Vətən müharibəsi zamanı da anti-Azərbaycan addımı ilə gündəmə gəlmişdi.



“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video