kanal1

Milli Məclisdə Ziyad Səmədzadənin ağsaqqallığına ehtiyac var idimi? - Nəticələrini oynatmalı olan vaxtında...

Tarix:7-08-2024, 12:13
Baxış Sayı:2


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Namizədliyi qeydə alınmış şəxslər 2 gün sonra təbliğat-təşviqat kampaniyasına başlayacaqlar. 21 gün sonra isə, seçicilərə düşünmək üçün 24 saat vaxt veriləcək və bununla da ölkənin həyatında daha bir mühüm kampaniya geridə qalmış olacaq.

Yenisabah.az xəbər verir ki, seçkinin birinci mərhələsi maraqlı nüanslarla yadda qalıb. Hakim Yeni Azərbaycan Partiyasının 125 seçki dairəsi üzrə irəli sürdüyü namizədlərin hər biri müvafiq DSK-lar tərəfindən qeydə alınıb. Bununla paralel olaraq, Müsavat, ReAl, KXCP, ADP, Ümid kimi aparıcı müxalifət partiyalarının da üst-üstə 100-dən artıq namizədliyi qeydiyyata alınıb.

Məlum olduğu kimi, bu dəfəki parlament seçkilərində də, hakimiyyət və müxalifət təmsilçiləri ilə yanaşı, bitərəflər də deputat mandatı uğrunda mübarizə aparır. Onların arasında kifayət qədər tanınmış ictimai-siyasi xadimlər, sabiq millət vəkilləri də var. turbo az mercedes

“Yeni Sabah” xəbər verir ki, həmin şəxslərdən biri - akademik Ziyad Səmədzadə növbəti dəfə namizədliyini irəli sürüb. 84 yaşlı Ziyad Səmədzadənin yenidən seçki mübarizəsinə qoşulması müzakirəsiz ötüşməyib.

Qeyd edək ki, Ziyad Səmədzadə üçüncü, dördüncü, beşinci və altıncı çağırışda Milli Məclisin deputatı olub. O, parlamentin İqtisadi-siyasət, Sənayə və sahibkarlıq komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvüdür.

Ziyad Səmədzadə 2020-ci ildə keçirilən parlament seçkilərində olduğu kimi, bu dəfə də namizədliyini 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürüb.

Ziyad Səmədzadə sentyabrın 1-də deputat seçiləcəyi və 5 illik müddəti sağ-salamat başa vuracağı təqdirdə, Milli Məclisin tarixində ən yaşlı deputat kimi qalacaq. Həmin vaxt akademikin 89 yaşı olacaq.

Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Zabratda qanunsuz tikintiyə hansı məmur icazə verib?-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
Gədəbəydə icra başçısı Orxan Mürsəlov mülkümü dağıtdırdı…-Şikayət-Video
İsrail İsfahana zərbələr endirir - Yenilənir
İsrail İsfahana zərbələr endirir - Yenilənir
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Ağdamda tikintidə maaşını ala bilməyən fəhlə intihara cəhd edib-Video
Bu şənbə rəsmi iş günüdür
Bu şənbə rəsmi iş günüdür
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu
“Sobsan” MMC-nin fəaliyyətində pozuntular aşkarlandı-10 min manat cərimə olundu