kanal1

Naftalanın icra başçısı QANUNLARI POZUR - İTTİHAM VAR...

Tarix:5-08-2024, 18:40
Baxış Sayı:0


Naftalanın icra başçısı Vüqar Novruzov sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə “ciddi şəkildə” hazırlaşır. Tribunainfo.az xəbər verir ki, seçkilərə qanunla neytral qalmalı olan və yalnız seçki prosesini təşkil etməyə məsul olan icra başçısı, vəzifəsini kənara qoyaraq, vəkilliyə başlayıb.
Belə ki, Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlova nəinki dəstək verir, hətta vəkilliyini edərək, təbliğatını belə aparır. O, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.
İcra başçısının özünü vəkillik səviyyəsinə qədər endirməsinin konkret səbəbi məlum deyil. Bunun partiya gərəyi atılan addım olması inandırıcı görünmür. Çünki belə olsaydı, digər rayonların da icra başçıları namizədlərin vəkilliyini edərdilər.
Məlumata görə, deputatlığa namizəd Bədəl Bədəlov geniş maddi imkanlara sahib olan biri kimi tanınır. Onun çoxsaylı əmlaklarının və normal biznesinin olduğu deyilir. Bəlkə də Bədəlovu Novruzova sevdirən bu amildir.

Asif Əhmədov yoxlanılır
Asif Əhmədov yoxlanılır
Bərdədə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -Fotofakt
Bərdədə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -Fotofakt
“Yeni Klinika”nın həkimi Azad Məlikovdan Baş Prokuroluğa Şikayət
“Yeni Klinika”nın həkimi Azad Məlikovdan Baş Prokuroluğa Şikayət
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir?-Video
Ağdamda tikintidə işlədilən fəhlənin maaşı niyə verilmir?-Video
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
 KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! -TƏFƏRRÜAT
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var
“RR Constructions”dan qalmaqallı addım: Müqavilə qalıb bir kənarda, şirkətin “öz qaydası” var