kanal1

3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."

Tarix:27-07-2024, 13:39
Baxış Sayı:1


Salyan rayonunun Yuxarı noxudlu kənd sakini Səfərova Qəmər Dilavər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. O, iddia edir ki, əvvəllər ünvanlı sosial yardım alsa da, artıq dayandırılıb. Deyir ki, səbəbini bilmir. Şikayətçi Əmək və Əhainin Sosial Müdafiə Nazirliyinə müraciət etdiyni, ancaq müraciətinə baxılmadığını bildirir:

“Mən, Səfərova Qəmər Dilavər qızı, yazaraq nəzərinizə çatdırıram ki, 3 uşağım var, dolana bilmirəm. 3 aydır ki, yoldaşım Səfərov Kamil Lazım oğluna görə ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm, qurumdan gəlib yoxlamırlar. Onların “qaynar xətt”inə zəng vurmuşam, deyirlər, gələcəyik, sənəd sistemə oturmayıb. Tanıdıqlarımın evinə gəliblər, yoxlayblar, müsbət cavab alan var, bizimlə əlaqə qurmurlar.

Həyat yoldaşımın adına torpaq var, VÖEN var, hər ay pul ödəyirik. Yoldaşım işləmir. Eşitdiyimizə görə, prezident qərar çıxarıb ki, 3 uşaqlı ailələrin evləri yoxlanılmayacaq. Nə gəlib yoxlayırlar, nə də cavab verirlər. Övladlarımın ikisinin 11 yaşı var, böyüyü də 12 yaşındadır”.

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Hurriyyet.az saytına verdiyi açıqlamaya əsasən, məsələ araşdırılacaq.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?