kanal1

Yenidən deputat ola bilməyən Mahir Abbaszadə Laçında qayınatasının həyətində vila tikdirir - FOTOLAR+VİDEO

Tarix:26-07-2024, 19:56
Baxış Sayı:7


Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənin adı bu dəfə YAP tərəfindən 121 saylı Laçın seçki dairəsindən irəli sürülmədi. Biznes siyahısı və rəhbərlik elədiyi sahə ilə bağlı eləcə də bahalı saat və bahalı eynəklərdən istifadə etməyi ilə bağlı sosial şəbəkələrdə və xəbər saytlarında silsilə məqalələr dərc edilib.

Məlumata görə, Mahir Abbaszadənin istifadə etdiyi “Patek Philippe” saat markasının qiyməti dörd min manatdan artıq, “RayBan” günəş eynəyinin qiyməti də 6-7 min manatdan başlayır.

Mətbuatda yazılanlara əsasən qeyd edə bilərik ki, hətta Mahir Abbaszadə 100 min dollarlarla ölçülən saatlardan da istifadə edir.

2021-ci ildə sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputat Mahir Abbaszadənin də Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması xeyli müzakirələrə səbəb olmuşdu.

Bundan əlavə eks deputatın adına olan əmlaklarla bağlı internetdə kifayət qədər məqalələr geniş yer alıb. Onları yenidən işıqlandırıb gündəmə gətirməyi bir o qədər də lazım bilmədik. Redaksiyamıza müraciət edən Laçın rayon sakini bildirib ki, Mahir Abbaszadə Laçınlıları parlamentdə təmsil etdiyi müddətdə bir o qədər də yadda qalan millət vəkili hesab olunmur. Dəfələrlə problemlərə görə millət vəkilinin qapısını döyən seçicilər problemlərinin həllinə nail ola bilməyiblər.

Milli Məclisdə seçicilərlə görüş ərəfəsində Mahir Abbaszadənin “şəpik” lə görüşə gəlməsi də 2022-ci ildə sosial şəbəkələrdə və mətbuat səhifələrində manşetlərin bəzəyi olmuşdu.

Redaksiyamıza Mahir Abbaszadənin Laçında qayınatasının həyətində tikdirdiyi vilanın video görüntülərini yollayiblar.

Məsələ ilə bağlı Mahir Abbaszadəyə sorğu ünvanlasaqda, sorğumuz cavabsız qaldı.

Həmin video görüntüləri təqdim edirik:

(yenigundem)

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?