kanal1

“Sevimli Dad” ağzımızın dadını BELƏ KORLAYIR... - Heç də SEVİMLİ DEYİLMİŞ...

Tarix:26-07-2024, 11:25
Baxış Sayı:1


“Sevimli Dad” firmasının ən çox satılan “Közləmə” sosislərinin də tərkibində orqanizm üçün zərərli olan qida əlavəsi var. Məlum olub ki, bu qida əlavəsi “Sevimli Dad”ın digər adla çıxan əksər sosis və kolbasalarında da mövcuddur. Tribuninfo.az xəbər verir ki, “Közləmə” sosislərinin tərkibi barədə verilən məlumatda aydın olur ki, bu sosislərə zərərli E250 maddəsi vurulub. Belə ki, sözügedən sosislərin tərkibi mal əti, donuz əti, donuz piyi, nişasta, zülal stabilizatoru, natrium nitrit (E250), duz, ədviyyatlardan ibarətdir. E250 toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.

Bu maddə sinir sisteminə ziyan vurması ilə xarakterizə olunan ağır qida intoksikasiyasıdır. Avropa Birliyi ölkələrində yalnız yeməli duz ilə qarışıqda, nitrit miqdarı təxminən 0.6% olan bir qarışıqda istifadəsinə icazə verilir. Ət məhsullarına vurulması isə qadağan edilib. Əhəmiyyətli miqdarda (bir neçə qram) alındıqda E250 ölümcül nəticəyə qədər ciddi zəhərlənməyə (Hemoqlobin əmələ gətirir) səbəb ola bilər.

E250 qida əlavəsi natrium-nitrit konservant olub, boya maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir göstərir.

Natrium nitrit NaNO2 (E250) kolbasa və sosislərin saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır. Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Kolbasa və sosis məhsullarında istifadə edilən natrium nitrit və ya nitrat insan sağlamlığı üçün təhlükəlidir. Və bu səbəbdən bəzi halal sertifikatlaşdırma həyata keçirən qurumlar tərkibində nitrit və ya nitrat istifadə edilən kolbasa və sosislərə sertifikat vermirlər.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?