kanal1

Burda bazar açıblar, valideynlər də təsdiqləyir, amma... - NƏ OLSUN Kİ...

Tarix:25-07-2024, 16:42
Baxış Sayı:0


Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığılması ilə bağlı AFN.az-da yazı dərc edilib.

Yazı həmin gimnaziyada təhsil alan şagirdlərdən birinin valideyninə istinadən yazılıb. Bildirilir ki, gimnaziyanın direktoru Nizami Əhmədovun əmri ilə hər uşaqdan 15 manat təmir pulu yığılır. Xəbərlə bağlı AFN.az-a müraciət edən və özünü Xatirə Məmmədova kimi təqdim edən valideyn məktəbdə pul yığıldığını təsdiq edib. Lakin o, valideynlərin bunu könüllü etdiyini deyib: "2 övladım o məktəbdə təhsil alır. 8 və 7-ci sinif şagirdləridir. Belə bir xəbəri oxuyub reaksiyasız qala bilməzdim. Xəbəri mənə başqa bir mənbədən ünvanlayıb, "Bu da tərifli məktəbiniz" yazmışdılar. O məktəb hər zaman təlim-tərbiyəsi, disiplini, təhsili ilə seçilən bir məktəb olub. Artıq neçə ildir ki, ardıcıl ölkə üzrə qəbulda 100% nəticə göstərir və birinciliyi əldən vermir. Bu il RFO üzrə 19 medal ilə ölkə 4-cüsü, RFM üzrə 34 medal ilə ölkə 1-cisi olub Təmirlə bağlı yazılan qeydə düzəliş olaraq bildirmək istəyirəm ki, heç bir valideyndən məcburi şəkildə nəsə yığılmır. Özünüz də məlumatlısınız ki, bütün lisey və gimnaziyaların müvafiq assosiasiyaları fəaliyyət göstərir ki, orda da bu kimi təşəbbüslər var.
Əgər övladım hər gün səliqə-səhmanlı, təmirli məktəbə sevinə-sevinə gedirsə, təhsilə marağı varsa, mən valideyn kimi buna necə göz yumum? Cənab nazirimiz Emin müəllim Əmrullayevin bir çıxışında da qeyd edildiyi kimi, valideyn məktəbə könüllü şəkildə bu köməkliyi edə bilər".
X.Məmmədova məktəbə dəstək (?) məqsədilə könüllü vəsait yığılmasını büdcə sıxıntılarının olması ilə əlaqələndirib: "Büdcədən maliyyələşən təşkilatlarda maliyyə sıxıntılarının olduğunu və bunun anlaşılan olmasını isə istənilən bir vətəndaş özlüyündə təhlil edə bilər. Məktəb haqqında fikirlərim hər zaman müsbət olub və olmaqda da davam edəcək, inşallah. Səbirsizliklə övladlarımın məhz həmin məktəbdən məzun olaraq, ölkəmizin seçilən təhsil ocağında ali təhsillərini davam etməsini gözləyirəm".

AFN.az

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?