kanal1

Mirəli Seyidv 1-dəki özbaşınalığı GİZLƏTMƏK İSTƏSƏLƏR DƏ... - BU NƏDİ BELƏ?!

Tarix:25-07-2024, 09:16
Baxış Sayı:1


Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının qarşısında ağaclar kütləvi kəsilib. Bu barədə mətbuatda dərc edilən məlumatlardan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və bir neçə ağacın kəsildiyi faktı təsdiqini tapıb.

AzFakt.com xəbər verir ki, Yasamal rayonu Mirəli Seyidov küçəsi 1 ünvanında ağacların kütləvi kəsilməsi mətbuatda işıqlandırıldıqdan sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin hərəkətə keçməsi birmənalı qarşılanmayıb. İddiaya görə ərazidə baş verən ağac kəsilməsindən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən və paytaxt rayonlarındakı yaşıllıqlara cavabdeh qurum olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi xəbərdar olub.

Məlumata görə Yaşıllaşdırma Təsərrüfatı Birliyi Mirəli Seyidov 1 ünvanındakı yaşayış binasının birinci mərtəbəsini obyekt etmək istəyən Həbib Əliyev adlı sahibkara kömək edərək hadisəni gizlətmək istəyiblər. Ancaq məsələ sosial şəbəkədə və mətbuatda ictimailəşəndən sonra köməklik göstərə bilməyiblər.

Sosial şəbəkələrdə aparılan müzakirələr zamanı isə bəzi şəxslər payızda Azərbaycanda keçiriləcək COP29 tədbiri öncəsi təbiətə qarşı bəzi işbazların törətdikləri qanunsuz əməlləri təxribat kimi dəyərləndirib.

Qeyd edək ki, Yasamal rayonunda qanunsuz tikintilərlə bağlı mətbuatda çoxsaylı xəbərlər dərc edilməkdədir.

Xatırladaq ki, cari ilin iyul ayının 10-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Yasamalda görülən təmir işlərinin müzakirəsi zamanı ərazidə yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olması ilə əlaqədar xüsusilə Yasamal RİH başçısı Elşad Həsənova ciddi xəbərdarlıq edilib və qısa müddət ərzində bu sahədə dönüş yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib.




Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?