kanal1

Özünü vəkil kimi təqdim edərək vətəndaşın 10 min manatdan artıq pulunu mənimsədi - TƏFƏRRÜAT

Tarix:23-07-2024, 11:52
Baxış Sayı:0


"Azərbaycan Reallığı"na müraciət edən A.İsmayılzadə (Adı və soyadı şərti verilib – red.) bildirir ki, bir neçə gün bundan əvvəl instagram sosial şəbəkəsində "hüquq_merkezi_ " adlı səhifəyə yazaraq onlardan hüququ məsləhət istəyib onlara hazırda boşanma işimin məhkəmədə olduğunu bildirdim.

Özünü vəkil kimi təqdim edən Səbiyyə Pənahəliyeva adlı şəxs məhkəmə işimdə mənə mülkiyyətin bölünməsində kömək edəcəyi vədini verərək ilkin olaraq məndən 225 manat dövlər rüsumu ödəmək üçün pul aldı, daha sonra məndən depozit adı ilə 3500 manat.

Beləliklə müxtəlif bəhanələrlə umumilikdə 10172 manat pulumu ələ keçirdi. Bu məbləğləri 5239151704548067 və 5243754442106355 saylı kart hesablarına köcütmüşəm. Görüşmək və müqavilə imzalamaq üçün mənə dediyi Həsən Əliyev küçəsinə getdikdə isə orada ona məxsus hec bir ofisin olmadığını aşkar etdim. Ödənişlərin qarşılıqında heç bir iş görə bilmədiyini hiss etdim.

Verdiyim məbləği geri istədikdə isə müxtəlif bahanələr uyduraraq vaxtı uzadırdı. Səbiyyə Pənahəliyevaya məsələni ictimailəşdirəcəyimi bildirdim, o məndən bunu etməməyimi xaiş edərək pulu 1 günə qaytaracaqına söz verdi lakin bu vədinə də əməl etməyərək mənə hədə-qorxu gəlməyə başladı.

"Səni başqa medialarda paylaşaraq rusvay edərəm kimi təhdidlər edir. Buradan hüquq-muhafizə orqanlarından xüsusən də Daxili İşlər Nazirliyindən xaiş edirəm mənim pulumu geri qaytarmaqda mənə köməklik etsin. Bu şəxsin əməllərini araşdırsın. Bəlkə də mənim kimi neçə insan bu şəxsin dələduzluq əməlinin qurbanı olub" deyə vətəndaş bildirir.

"Azərbaycan Reallığı"








Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?