kanal1

"O nişanı da oradan qaldırın, bilək ki bizim yolumuz, keçidimiz yoxdur..." - Sakinlər təhlükə ilə bağlı HARAY ÇƏKDİ...

Tarix:22-07-2024, 16:48
Baxış Sayı:2


"Bura Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Babək prospekti, Şahmar Səfərov küçəsi ilə “Günəşli” qəsəbəsinə gedən yoldur. “Qəbirstanlıq yolu”. Bu yolda piyadaların hərəkəti, təhlükəsizliyi üçün heç bir şərait yoxdur". Dia-az.İnfo bildirir ki, bunu yerli sakinlər adından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və digər aidiyyatı dövlət qurumlarına müraciətində tanınmış jurnalist Məlahət Rzayeva qeyd edib.
Jurnalist daha sonra bildirir: "Göründüyü kimi, yolun müəyyən hissəsində - “Araz super storee” ilə üzbəüz avtobus dayanacağı var. Dayancaq demək mümkünsə əgər. Yayda camaat günün altında dayanır, yağışda islanır, şaxtada donur, küləkdə əsirlər. Sağa-sola şütüyən avtomobillərin qarşısından keçmək əsl təhlükədir. Hərbi hissənin ərazi nəzarətsiz qaldığından küçə itləri də adamlara cumur, camaat avtomobillərlə itlər arasında qalıb, nə edəcəyini çaşdırır. Yolu keçmək üçün heç bir yol nişanı, piyada keçidi yoxdur. Bir qədər aşağıda piyada keçidi nişanı qoyulub, lakin keçidi dəqiqləşdirən xətlər çəkilmədiyindən avtomobillər saxlamır, əhali yolun ortasında çarəsiz, sürücülərin insafına bağlı qalır. Yuxarı hissədə geyim mağazası var. Mağazanın qarşısında bir müddət əvvələdək açıq olan ərazidə əlavə tikili inşa edilib. Nə məqsədlə bilinmir. Bu əlavə tikili məhəllədaxili yoldan yolun əsas hərəkət hissəsinə çıxışda görüntünü məhdudlaşdırır. Nə məhəllədən çıxan avtomobillər qarşıdan gələn avtomobilləri görür, nə də əsas yolla hərəkət edən avtomobillər məhəllədən çıxan avtomobilləri. Bu yolda işıqfor yalnız avtomobillər üçün nəzərdə tutulub. Piyadalar işıqfordan istifadə edə bilmir. Çünki işıqforun yaşıl işığı hər iki istiqamətdə və sağa sola hərəkət edən avtomobillərin yolunu açır. Bəs piyadalar necə hərəkət etsin? Əgər piyadalar üçün şərait yaratmaq, piyada keçidi təşkil etmək, dayanacaq qoymaq imkanı yoxdursa, birdəfəlik faydası olmayan o nişanı da oradan qaldırın, bilək ki bizim yolumuz, keçidimiz yoxdu. Qalxaq Günəşliyə ordan enək prospektə!"





Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?