kanal1

Hökumətin Kəlbəcərdən deputat görmək istədiyi şəxs, görün kimin kürəkənidir

Tarix:22-07-2024, 09:34
Baxış Sayı:2

Hökumətin Kəlbəcərdən deputat görmək istədiyi şəxs, görün kimin kürəkənidir

Yeni Azərbaycan Partiyası ölkənin 125 seçki dairəsi üzrə namizəd elan etsə də onların 30-40 nəfəri formal xarakter daşıyır.

Ona görə hakimiyyət həmin namizədlərə alternativ kimi irəli sürülən bəzi partiya sədrlərini və bitərəflərin seçilməsinə kömək edəcək.

Bunlardan biri də 123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa müstəqil namizəd olan Cəlil Qasımlı adlı şəxsdir.

Kəlbəcərlilərin də tanımadığı bu şəxsin birdən birə deputatlıq iddiasına düşməsi rayon sakinləri arasında müzakirələrə səbəb olub.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Cəlil Qasımlı bir neçə il əvvəl Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında 15 nəfər ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsinə görə açılmış cinayət işi çərçivəsində həbs olunmuş baş fiqurant – “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir.

Qeyd edək ki, Miryusif Mahmudov bir neçə illik həbs həyatından sonra azadlığa buraxılıb.

Onun kürəkəninin namizəd olmasına gəlincə, məlumatda bildirilir ki, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışan Cəlil Qasımlı iqtisadiyyat naziri Mikayıl Cabbarovun xeyir-duası ilə namizəd elan olunub.

Onu da qey edək ki, YAP-ın Kəlbəcərdən deputatlığa namizədi Aidə Əhmədova adlı məktəb direktorudur.
Gununsesi.info

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?