kanal1

"Gəl açıqlama ver və üzr istə əməkdaşından..." - hüquq müdafiəçisindən ÇAĞIRIŞ

Tarix:18-07-2024, 10:10
Baxış Sayı:0


"Azəriqaz İB-nin sabiq rəhbəri Ruslan Əliyev mənə söz vermişdi ki, işdən qovduğu işçini məhkəmədə işə bərpa etdirsəm, qanunsuz hərəkətləri olan bütün işçiləri cəzalandıracaq". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Rəhbəri olduğu təşkilatın daha bir işçinin haqqının müdafiəsində qələbə qazandığından ruhlanan hüquq müdafiəçisi "Azəriqaz" İstehsalat Birliyinin keçmiş rəhbərindən verdiyi sözə əməl etməsini də tələb edir. Mirvari Qəhrəmanlı daha sonra bildirib: " Qərarlarının qanunazidd, əmək qanunvericiliyinə savadsız yanaşma olduğunu, yol yaxınikən bu yoldan geri dönmələrini xatırlatsam da o haqlı olduqlarını bildirirdi. Bir sözlə eyforiya vəziyyətində olduğu üçün hər şeyin müvəqqəti olduğunu unutdu.
Mən isə vətəndaşın qanunsuz şəkildə işdən qovulmasına dair əmri ləğv etdirməyə nail oldum. İşçi iki ildən sonra işinə bərpa olunacaq. İdarə 10 min manatdan çox pul ödəməli olacaq vətəndaşa. O pulun büdcədən hədər getməsinin günahkarları başda Ruslan Əliyev olmaqla, qanunsuz hərəkətləri etmiş kadr, idarə rəisi, hüquqşünas (şər dolu akta imza atdığına görə) məsuliyyətə cəlb olunmalıdırlar.
İnsanlar vəzifələrindən sui-istifadə edib başqaları üzərində üstünlük əldə edə bilməzlər və əgər bunu hər üç məhkəmə instansiyasında sübut etmişəmsə, səbəbkarlar cəzalanmalıdır.
Belə müdirlər çoxdur. İndi üzümü tuturam Ruslan Əliyevə, gəl açıqlama ver və üzr istə əməkdaşından. O məhkəmədə haqlı çıxdı. Onun üzünə qoyduqlarınız, əleyhinə imzalarını aldıqlarınız, saxta əmr üçün əsas olan hərəkətlər edənləri də bir-bir səninlə birlikdə işçidən üzr istəməyə dəvət edirəm. Ən azından mənə telefonda dediyini xatırla. Sənin və əməkdaşlarının səhv olduğunu 3 məhkəmə qərarı ilə sübut etmişəm. İstəsən video müraciətlə də izah edə bilərəm!"

Dia-az.İnfo xatırladır ki, hal-hazırda Ruslan Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində departament direktoru vəzifəsini tutur.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?