kanal1

Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT

Tarix:13-07-2024, 15:43
Baxış Sayı:0

Vaşinqtonla İrəvan yeni plan hazırlayıb - TƏFƏRRÜAT

Azərbaycanı Ermənistanla sülh müqaviləsi imzalamağa tələsdirən ABŞ və Fransa ölkəmizə qarşı yeni məkrli ssenari hazırlayıblar. Məqsəd sülh müqaviləsi imzalanandan dərhal sonra Azərbaycana qarşı çoxsaylı məhkəmə iddiaları qaldırmaq, "qarabağlı ermənilərin qayıdışının təminatı" məsələsini gündəmə gətirməkdir.

"MPG/Gallup International Association" beynəlxalq araşdırma mərkəzinin Ermənistandakı ofisi ölkədə yeni sorğu keçirib. Azərbaycana qarşı ərazi iddialarının yer aldığı "Dövlət Müstəqilliyi haqqında" bəyannaməyə istinadın preambulasında əks olunduğu Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsini Azərbaycan tələb edir.

Zəruri, məntiqi və qaçılmaz olan dəyişikliklər edilməzsə, sülh müqaviləsi sadəcə çərçivə sazişi olacaq və Ermənistan 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın bəndlərinin heç birinə (!) əməl etmədiyi kimi, sülh sazişinin şərtlərinə də praktiki olaraq eyni münasibəti sərgiləyəcək.

Ölkəmizə qarşı ərazi iddialarının Konstitusiyada legitimləşməsi kimi beynəlxalq hüquqa zidd və mahiyyətində aqressiya olan müddəanı ali qanununda saxladıqca Ermənistanda revanşistlərin aktivləşməsi, hətta yeni hərbi əməliyyatların başlanılması tələblərinin səslənməsi əsla istisna deyil.

Ermənistan rəşbərliyinin ordunun qalıqlarını sürətlə silahlandırmaq strategiyasını seçdiyini və Fransa ilə Hindistanın İrəvana hücum silahları ilə hərbi texnika tədarükünə başladığını nəzərə alsaq, üstəlik baş nazir Nikol Paşinyanın Qərblə Rusiya və İran arasında geosiyasi barraj vurmağa çalışdığını da xatırlasaq, sülh müqaviləsinin tələsik, "çiy" halda imzalanması Azərbaycanın maraqlarına cavab vermir.

"Gallup"in Ermənistan ofisi ölkədə keçirdiyi rəy sorğunu ilə bağlı hesabat yayıb. Ofisin rəhbəri Aram Navasardyanın dediyinə görə, sorğuya qatılanların 80,3 faizi Ermənistan Konstitusiyasının dəyişməz qalmasına, 11,7 faizi ali qanunda bəzi müddəaların və bəndlərin dəyişikliyə zərurət duymasına əmin olduqlarına, 3,3 faizi isə ölkəyə yeni Konstitusiya gərəkdiyini hesab ediblər.

A.Navasardyanın dediyinə görə, sən demə, Ermənistan Konstitusiyasında dəyişikliklərə və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasına zərurət duyulması barədə rəsmi Bakının bəyanatlaına qədər "rəqəmlər fərqli idi": "Belə ki, bu ilin yanvarında respondentlərin 38,1 faizi Ermənistan Konstitusiyasının dəyişməz qalmasını istədiklərini, 34,2 faizi isə dəyişikliklərə ehtiyac duyulduğunu deyirdilər. Rəyi soruşulanların 13,4 faizi isə əmindilər ki, Ermənistana yeni Konstituasiya lazımdır".

Ermənistanın Konstitusiyasında dəyişikliklər olmayınca, sülh müqaviləsi mümkün deyil. 1990-cı ilin avqustun 23-də qəbul edilmiş "Ermənistanın Dövlət Müstəqilliyi Haqqında" bəyannaməsində Ermənistan Ali Sovetinin "Qarabağ Ermənistana birləşmiş ərazidir" ifadəsi ermənilərin Konstitusiyasının preambulasında da təkrarlanır.

Yəni rəsmi İrəvan konstitusion olaraq hələ də 1989-cu ilin dekabrın 1-də Ermənistan Ali Sovetinin qəbul etdiyi qərara əsaslanır. Halbuki Ermənistan SSR və xüsusilə də Xankəndindəki separatçı-terrorçu rejim tarixə qovuşub.

Belədə, "Gallup"un Ermənistan xidmətinin keçirdiyi sorğuda rəyi soruşulan ermənilərin 80,3 faizinin Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyi mənzərəsi yaranır.

Aydın situasiyadır: erməni cəmiyyətində illüziyalar, saxta tarixə və miflərə əsaslanan düşüncələr, revanşizm, qisasçılıq və "yeni, uğurlu müharibə"yə ümid az deyil.

Daha bir maraqlı məqam var. "Gallup"un Ermənistan ofisinin keçirdiyi həmin sorğuna iştirak etmiş respondentlərin təqribən 60 faizi Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya prosesini "yolverilməz" sayıb. Respondentlərin 37 faizi şərti dövlət sərhədinin delimitasiyasını dəstəklədiklərini bildiriblər.

Ermənistanın hakimiyyət elitası yumşaq desək, birmənalı durumda deyil.

Baş nazir Nikol Paşinyan fasiləsiz bəyan edir ki, Ermənistan Azərbaycanın ərazi bütünlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini tanıyır. Bu isə təbii ki, Qarabağın və hazırda Ermənistanın işğalında qalmış 4 kəndimizin də Azərbaycan ərazisi olduğunu aksiomatik olaraq ehtiva edir.

Belədə "Gallup"in keçirdiyi sorğu rəsmi İrəvanın sülhlə bağlı bəyanatlarının və açıqlamalarının yalan olduğunu, erməni cəmiyyətinin sülhə hazır olmadığını, tam əksinə, revanşizm əhval-ruhiyyəsinin güclü olduğunu göstərir.

Bu arada xatırladaq ki, “Freedom House” və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı “etnik təmizləmə”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat dərc edib. “Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?” adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib: “Açıq Cəmiyyət İnstitutu” (Open Society Foundations), “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (International Partnership for Human Rights), sualları hazırlayan Ukrayna QHT-si “Həqiqət İtləri” (Truth Hounds), “Demokratiyanın İnkişafı Fondu” (Democracy Development Foundation), “Helsinki Vətəndaş Assambleyası” (Helsinki Citizens Assembly), “Sərhədsiz Hüquqların Müdafiəsi QHT” (Protection of Rights without Borders), “Hüququn İnkişafı və Müdafiəsi Fondu” (Law Development and Protections Foundation).

Hesabatın ABŞ Dövlət Departamentinin birbaşa göstərişi və sifarişi ilə hazırlandığı şübhə doğurmur: bu güman yox, son aylar Vaşinqtonun Cənubi Qafqaz bölgəsi ilə bağlı yürütdüyü siyasətin və tutduğu mövqeyin təhlili nəticəsində gəlinmiş qənaətdir.

Prosesin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin birbaşa kontrolunda olması da güman edilir. O-Brayenin 2023-cü ilin noyabrında Konqresdəki dinləmələrdəki çıxışını və bu ilin iyun ayında “Azadlıq” radiosunun Ermənistan xidmətinə verdiyi müsahibəsində dediklərini xatırlasaq, kifayətdir.

Sözügedən hesabat sonradan Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək üçün mənbələrdən biri qisminlə hazırlanıb.

Ceyms O-Brayenin bəyanatları, bəhs etdiyimiz hesabat və “Gallup”un Ermənistan ofisinin keçirdiyi sorğunun nəticələrinin açıqlaması göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa belə, ABŞ və Fransanın ölkəmizə qarşı təzyiqləri səngiməyəcək. Tam əksinə, pressinq və birbaşa təzyiq cəhdləri daha da artacaq.

Vəziyyətin məhz bu cür olmasına dəlalət edən məqamlardan biri ABŞ və Fransanın, sonra da təbii ki, Ermənistanın ATƏT-in Minsk Qrupu adlı tarixin zibilliyinə atılmış strukturla bağlı tutduqları mövqedir.

Rəsmi Bakı İrəvana təklif edib ki, Qarabağ məsələsi artıq olmadığından Azərbaycanla Ermənistan ATƏT-ə müraciət edərək Minsk Qrupunun ləğvini istəsinlər. Minsk Qrupu Azərbaycan-Ermənistan münaqişəsinin yox, Qarabağ problematikasının dinc danışıqlar vasitəsilə nizamlanması üçün yaradılmışdı. Qarabağ münaqişəsi problematikasını Azərbaycan həll etdiyi üçün ATƏT-in Minsk Qrupunun mövcudluğuna da heç bir səbəb yoxdur.

Məntiqi və sadə təklifə Ermənistan rəhbərliyi hələ də cavab verməyib. Bəlkə də cavab vermək istərdi, lakin "geosiyasi hami"ləri ABŞ və Fransa belə cavabın səslənməməsini istəyirlər.

Səbəb bəsitdir: İrəvanla yanaşı, Vaşinqton və Paris "Qarabağ problemi" adlı tam süni məsələnin regional siyasətin gündəmindən çıxması iəl razılaşmadıqlarından "problem var, həllini tələb edir" deyirlər.

Ermənistan Konstitusiyasına zəruri dəyişikliklər edilmədən sülh müqaviləsinin bağlanması üçün Azərbaycanı tələsdirən, Bakını «sülh gündəliyi» ilə razı salmağa çalışan Vaşinqtonun məqsədi də sülh müqaviləsi imzalanandan sonra yeni prosesə başlamaqdır.

ABŞ prezidenti Co Baydenin demokrat administrasiyasının hədəfinin nə olduğunu «Freedom House» və bir sıra QHT-lərin hazırladıqları hesabatdan da görmək olardı.

Hesabatdan, sadəcə, bir iqtibasa nəzər salaq: “Azərbaycan hakimiyyətinin hərəkətləri və ritorikası, Dağlıq Qarabağın etnik ermənilərinin başlarına gələnlərin birlikdə təhlili onların Qarabağdan məcburi köçünün qəsdən törədildiyi qənaətinə gəlmək üçün məntiqli əsaslar verir. Sübutlar Dağlıq Qarabağı etnik erməni əhalisindən təmizləməyə yönəlmiş koordinasiyalı, uzunmüddətli planın olduğunu göstərir. Müvafiq olaraq, Azərbaycanın sənədləşdirilmiş hərəkətləri keçmiş Yuqoslaviya münaqişəsi kontekstində başa düşülən etnik təmizləmə meyarlarına cavab verir. Etnik təmizləmə məhkəmədənkənar edamlar, işgəncələr, əsassız həbslər və saxlamalar, qida və həyat zəruri olan dərmanlara çıxışın məhdudlaşdırılması, mülki əhalinin zorla çıxarılması, köçürülməsi və deportasiyası, mülki əhaliyə və mülki ərazilərə qəsdən hərbi hücumlar və ya hücumla hədələnməsi və əmlakın məhv edilməsi vasitəsilə həyata keçirilib. Faktaraşdırıcı missiya müəyyən etmişdir ki, bu hərəkətlər, eləcə də bu xülasədə göstərilən digər əməllər Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə, o cümlədən həmin Əsasnamənin 7-ci (insanlığa qarşı cinayətlər) və 8-ci maddələrinə (müharibə cinayətləri), eləcə də deportasiya və ya əhalinin zorla köçürülməsi anlayışına uyğundur”.

Cenyms O-Brayenin sabğiq Yuqoslaviyadakı hərbi əməliyyatlar və savaşlara görə Serbiyaya qarşı beynəlxalq səviyyədə qaldırılmış məhkəmə iddialarının hazırlanmasında bilavasitə özü də aktiv iştirak etməsini, onun peşəkar və yüksək səviyyəli hüquqşünas olmasını nəzərə alsaq Qərbin Azərbaycana qarşı yeni “oyun” hazırladığını ehtimal edə bilərik.

Rəsmi Vaşiqtonun bölgəmizlə bağlı taktikasının əlamətlərini Ceyms O-Brayenin ötən ilin noyabrın 15-də ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində təşkil olunmuş dinləmələrdə səsləndirdiyi “Dağlıq Qarabağın gələcəyi” adlı hesabatın məzmunundan da anlamaq olardı.

Xatırladaq ki, sözügedən sənədin əsas hissələri “Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması”, “Ermənistana yardım edilməsi” və “Sülhün əldə olunması”.

Yəni Vaşinqton üçün əsas, ümdə məsələ sülhün əldə olunması yox, qarabağlı ermənilərdən vasitə kimi istifad etməkdir.

Bu isə Bayden administrasiyasının bölgəmizdə sülh və stabilliyin bərqərar olması bəyanatlarının arxasındakı priorietlərin nədən ibarət olduğunu göstərir.

TREND

Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
“Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ
“Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ