kanal1

Ağstafa sakini olan Qarabağ qazisi rəsmi qurumları ittiham edir, qarşı tərəf isə…

Tarix:10-07-2024, 09:07
Baxış Sayı:0

Ağstafa sakini olan Qarabağ qazisi rəsmi qurumları ittiham edir, qarşı tərəf isə…

Ağstafa rayonu, Aşağı Göycəli kəndinin sakini Gülməmmədov Elməddin Cəmil oğlu tərəfindən “Hürriyyət” qəzetinin redakiyasına şikayət ərizəsi daxil olub. Şikayətçi iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı qəlpə yarası aldığından vəziyyəti yaxşı deyil, ancaq ona əlillik dərəcəsi verilmir:

“Mən, Gülməmmədov Elməddin Cəmil oğlu, bildirirəm ki, 2020-ci ilin sentyabrında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatı yerinə yetirərkən minamyotla vurulmuşam. Ayağımdan yaralanmışam, sol qolum işləmr, sinirlər tamamilə dağılıb, qapalı kəllə-beyin travması almışam.

8 dəfə “dəlixana”da yatmışam. Psixotrop dərmanlar içirəm. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicələr götürmüşəm. Respublika Əlillərin Bərpa Mərkəzindəki komissiyada olmuşam. Sənədlərə baxmadan imtina verirlər, düzgün diaqnoz qoymurlar. Deyəndə ki, sənədimə düzgün şəkildə baxılsın, deyir, borcumdur ki, axşama qədər oturub sənin sənədinə baxım?

Mənə əlillik dərəcəsi niyə vermirlər, bilmirəm. Zülm edirlər! Neçə dəfə intihara cəhd etmişəm. Heç özümdə olmuram, normal insan kimi deyiləm. Vətən üçün yarım canımdan da keçərəm, ona qurbandır! Xahiş edirəm ki, mənə kömək göstərilsin, çox çarəsizəm”.

Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov izah edir ki, Gülməmmədov Elməddin Cəmil oğlunda əlilliyin müəyyən edilməsinə əsas verən heç bir hal aşkar olunmayıb:

“Ağstafa rayon sakini 1995-ci il təvəllüdlü Gülməmmədov Elməddin Cəmil oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “Forma-88” göndərişi əsasında sonuncu dəfə 23.02.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.

Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilib”.

Cəmilə ƏZİMOVA

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?