kanal1

Masallıda sakinlər keçmiş meşə gözətçisi Rzayev Taleh Şahverdi oğlundan niyə narazılıq edirlər?

Tarix:6-07-2024, 15:30
Baxış Sayı:11

Masallıda sakinlər keçmiş meşə gözətçisi Rzayev Taleh Şahverdi oğlundan niyə narazılıq edirlər?

Bir neçə gün bundan öncə Masallı rayonunun Dəmbəlov və Şıxlar kənd sakinləri Bizimxeber.Tv xəbər portalının redaksiyasına sensasion məlumatlar çatdırıblar. Sakinlərin verdikləri məlumatlara görə, Masallı rayonunun Dəmbəlov kənd sakini Rzayev Taleh Şahverdi oğlu bir neçə il bundan öncə meşə gözətçisi vəzifəsində çalışmış və 2019-cu ildə onun mühafizə etdiyi meşə zolaqlarında narkotik tipli bitkilər aşkar olunur və belə bir səbəbdən də o, Əmək Məcəlləsinin "70"-ci maddəsinin "ç" bəndi ilə daşıdığı vəzifəsindən uzaqlaşdırılır.

Sakinlərin verdikləri məlumatlarda o da qeyd olunur ki, Taleh Rzayev 28 yaş həddinə çatan oğlunu hərbi xidmətdən yayındırır və o, oğluna saxta yolla hərbi bilet alır..

Sakinlərin başqa bir iddialarına görə, Rzayev soyadını daşıyan bu şəxsin at ilxısı var və o, onları daim meşə zolaqlarına buraxır. Bu da meşə zolaqlarının, ələlxüsus həm təbii bərpa, həm də kənd sakinlərin əkdikləri yaşıllıqların məhv edilməsi ilə nəticələnir. Sakinlərin dediklərinə görə hal-hazırda bu şəxsin işi-gücü, ancaq və ancaq meşə zolaqlarına cavabdehlik daşıyan şəxslərdən qərəzli şəkildə müxtəlif dövlət qurumlarına şikayət ərizələri göndərməkdir. Söz yox ki, yuxarıda qeyd olunanlar rayonun Dəmbəlov və Şıxlar kənd sakinlərinin çatdırdıqları məlumatlar olmaqdan əlavə, həm də müəyyən media resurslarında yayılan açıqlamalardır.

Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?