kanal1

"Azercell"dən müştərilərin əleyhinə DAHA BİR QƏRAR - BUNDAN SONRA...

Tarix:5-07-2024, 10:36
Baxış Sayı:1

"Azercell"dən müştərilərin əleyhinə DAHA BİR QƏRAR - BUNDAN SONRA...
"Azercell Telekom" fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş "Zəngimi Ödə" xidmətini ləğv edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub.

Belə ki, mobil operator şirkəti qeyd edilən xidməti avqustun 5-dən etibarən ləğv edəcək.

Xatırladaq ki, "Azercell" cari il başlayandan abunəçilərin sərfəli hesab etdiyi bəzi tarifləri ləğv edib, bir sıra xidmətləri isə bahalaşdırıb. Hazırda mobil operator şirkətinin bahalaşma və ləğvetmə kampaniyası davam edir. İyulun 12-dən fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "Bölgə" tarif paketi çərçivəsində "Limitsiz danışıq" kampaniyasının xidmət haqqı 0,45 manatdan 0,49 manata artırılır. Bir neçə gün əvvəl şirkətin qəbul etdiyi qərara əsasən, iyulun 30-dan etibarən "Tiktok internet paketi" və "Günlük Bölgə" kampaniyaları, eləcə də "Duet Kart", "Əkiz Kart" və "Video Zəng" xidmətləri ləğv olunur.

May ayından isə “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,06 manatdan 0,08 manata artırılıb. “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv edilib. İyun ayından isə "Azercell" ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətini azaldıb.

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR/VİDEO
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Xırdalan şəhər 2 saylı məktəbdə problemlər bitmir ki,bitmir....
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
Bir ildə 17,9 milyonluq 54 tender – ANAMA-nın keçirdiyi satınalma müsabiqələrində şübhəli məqamlar
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
 Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?