kanal1

Bakıda yol polisi avtomobili "protiv" sürən sabiq baş həkimi cərimələdi - FOTO

Tarix:25-06-2024, 17:51
Baxış Sayı:0

Bakıda yol polisi avtomobili "protiv" sürən sabiq baş həkimi cərimələdi - FOTO

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkimi Adilə Ukalayeva yol hərəkəti qaydalarını pozub. Avtofer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, xanım baş həkim avtomobili "protiv" idarə etdiyinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Qərardan narazı olan xanım sürücü Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir.

Xatırladaq ki, A.Ukalayeva uzun illər Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi vəzifəsində çalışıb, amma fəaliyyətində yaratdığı narazılıqlara görə ötən il həmin vəzifədən azad edilib. O, daha sonra müvafiq əmrlə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkim təyin olunub.

Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
“Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
Tramp: ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...