kanal1

Hacıbala Abutalıbov Bakının memarlıq tarixini məhv edib

Tarix:22-06-2024, 19:16
Baxış Sayı:0

Hacıbala Abutalıbov Bakının memarlıq tarixini məhv edib


Mədəniyyət Nazirliyi iyunun 20-də Bakı şəhərində yerləşən bir sıra tarixi binalarda aparılan təmir-bərpa və abadlıq işləri ilə bağlı açıqlama yayıb.

Axar.az xəbər verir ki, açıqlamada uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların görkəminə qaytarılması, eyni zamanda qopmuş, qırılmış yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.

Diqqətçəkən məqam isə qurumun 2000-ci illərin əvvəllərində “qəbuledilməz üsullarla” aparılan təmir-bərpa işlərinə toxunması olub:

“Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb – qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, o cümlədən qəbuledilməz üsullarla, eləcə də bir çox binaların, o cümlədən daş binaların bir rəngə boyanması baş verib. Bəzi hallarda memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarmışdır ki, bu gün daş örtüklərin müəyyən yerlərdə, xüsusilə abidələrimizə gözəllik yaradan təkrarsız memarlıq detallarının ovulması baş tutub”.

Qeyd edək ki, 2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub. Həmin dövrdə paytaxtın baş memarı olan Eldar Qasımzadə də müsahibələrinin birində Bakı şəhərinin icra başçısı təyin olunmuş Hacıbala Abutalıbovla işləyə bilmədiyi üçün vəzifəsindən getdiyini açıqlayıb:

“Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da mənəm, hakimi də mənəm”.

Görünür, Mədəniyyət Nazirliyi 2000-ci illərin əvvəllərində qəbuledilməz üsullarla paytaxtda tarixi binaların rənglənməsi məsələsinə toxunarkən özünü “Bakının hakimi” elan edən Hacıbala Abutalıbovun həmin dövrdəki fəaliyyətlərini nəzərdə tutub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb.

Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO