kanal1

“Qurtuluş 93”də ağacları kəsib obyekt tikirlər - ÖZBAŞINALIQ!

Tarix:21-06-2024, 09:05
Baxış Sayı:0

“Qurtuluş 93”də ağacları kəsib obyekt tikirlər - ÖZBAŞINALIQ!

Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik. May ayının 27-də Yeniavaz.com-da dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunurdu ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, - deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunurdu.
Sözügedən ərazidə yaşayan sakinlər bir daha Yeniavaz.com-a müraciət ediblər.
Onların sözlərinə görə, nəinki daha əvvəl quraşdırılan dəmir dirəklər sökülüb, hətta obyektin tikintisi daha da sürətlənib.
Sakinlər sözügedən ərazidən lentə aldıqları görüntüləri və fotoları da redaksiyamıza təqdim ediblər.
Kadrlarda tikintinin davam etdiyi açıq-aydın görünür. Həmin görüntüləri və fotoları təqdim edirik:

Məsələ ilə bağlı yenidən Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Seymur Qasımbəyli Yeniavaz.com-a bildirib ki, sözügedən əraziyə iyunun 19-u səhər saatlarında baxış keçirilib və qeyri-qanuni tikinti dayandırılıb:
“Məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verilib”.
S. Qasımbəyli qeyri-qanuni tikintinin sökülməsi işinin İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də Yeniavaz.com-a açıqlama verilmiş və sözügedən ərazidə bu ilin aprel ayında ağac kəsilməsi ilə bağlı araşdırma aparıldığı bildirilmişdi:
“Təbiətə dəymiş ziyan cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - Nazirliyin məlumatında qeyd olunur.

VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI