kanal1

Məşhur xəstəxanada biabırçılıq: Bir xəstənin yataq dəstində digəri də yatızdırılır

Tarix:20-06-2024, 10:35
Baxış Sayı:0

Məşhur xəstəxanada biabırçılıq: Bir xəstənin yataq dəstində digəri də yatızdırılır


"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su kranları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".

Bunu Bakupost.az-a Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.

O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:

"Yerləşdirildiyim palatada anti-sanitar vəziyyət hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib uzandım. Pəncərələrin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpəmə də daraşırdılar. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi".

Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:

"Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstə ilə maraqlanmaq istəmirlər. Yalnız ayın 16-da bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, "niyə şikayət edibsən?". Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar".

Məsələ ilə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:

"Bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək".

VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Saatlı Tibb kollecində rüşvətin İTTİHAMI FOTO
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
Terrorçu qruplaşma zərərsizləşdirildi - Rəsmi - Video
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI