kanal1

Manaf Manafova YENİ GÖRƏV VERİLİR - İDDİA

Tarix:18-06-2024, 13:40
Baxış Sayı:2

Manaf Manafova YENİ GÖRƏV VERİLİR - İDDİA

Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədrinin icra başçısı təyin olunacağı ilə bağlı məlumatlar yayılıb…

YAP Pirallahı rayon Təşkilatının sabiq sədri, hazırda Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini tutan Manaf Manafovun icra başçısı olmaq istədiyi ilə bağlı məlumat yayılıb.

Dia-az.İnfo xəbər verir ki, Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nərimanov rayonunun icra başçısı olmaq istəyir. Məlumata görə tez-tez himayədarları ilə əlaqəyə keçən Manaf Manafov icra başçısı olmaq üçün bəzi planlar üstündə çalışır. Misal üçün, son aylar Manaf Manafovun müxtəlif media orqanlarında özü haqqında müsbət yazılar yazdırmasıda bu planın bir parçası olduğu deyilir.

Qeyd edək ki, Manaf Manafovun adı ölkə mətbuatının gündəminə bir neçə il öncə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsində işləyərkən Qala-Dübəndi yolundakı piyada keçidində ölümlə nəticələnən yol qəza hadisəsi ilə gəlmişdi. Belə ki, Manaf Manafovun Xidməti istifadəsində olan avtomobil piyada keçidində vətəndaş Tariyel Rzaquliyevi vuraraq öldürmüşdü. Baş vermiş hadisəni Manaf Manafov ört-basdır eləməyə çalışmasına baxmayaraq, məsələ ölkə mətbuatında gündəmə gəlmişdi. Bu hadisədən sonra Manaf Manafov YAP Piralalhı rayon təşkilatı sədri vəzifəsindən uzaqlaşdırıldı.

Ancaq bir müddət sonra Manaf Manafov himayədarlarının dəstəyi ilə Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.

Dia-az.İnfo-nun əldə etdiyi son məlumatlara görə, Manaf Manaov nəhayətdə arzusuna çatmaq üzrədir və keçirilməsi iddia olunan növbədənkənar parlament seçkilərinə qədər onun vəzifəyə - yəni Nərimanov RİH başçısı postuna gətiriləcəyi iddia olunur.

Əlavə bilgilərimiz olacaq... Bizi izləməyə davam edin...

Dia-az.İnfo

Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR