kanal1

Neft sektorunu `solduran` `BAHAR`... - AXI NİYƏ?

Tarix:15-06-2024, 14:57
Baxış Sayı:2

Neft sektorunu `solduran` `BAHAR`... - AXI NİYƏ?

"Bahar Enerji" Əməliyyat Şirkətindən narazılıqlar bitmək bilmir ki, bilmir... Dia-az.İnfo xəbər verir ki, bu barədə növbəti narazılıq faktlarını təqdim edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edir ki, bu problemlərin ictimailəşməsi əlaqədar qurum və təşkilatları, rəsmiləri hərəkətə keçməyə vadar edə: "Bəlkə neftin Azərbaycan dövlətinə məxsus olduğunu, orda çalışan işçilərin Azərbaycan vətəndaşı olduğunu, və ən əsası bu şirkətdə ölkəmizin pozulan qanunvericiklərinə hörmətlə yanaşıb araşdırma aparasınız?.."

NHMT sədri daha sonra rəhbəri olduğu təşkilata ünvanlanan növbəti işçi gileyini təqdim edir: "Neftin istismarinda əməyi olmayan kabinet işcisi dəfələrlə cox pul alir, işçilər isə olduqca aşağı. Bunlar gələndən sohra 14 il ərzində əmək haqlarımız bir dəfə də olsun artırılmayıb. Əksinə 20% azaldılıb və dəfələrlə cörak pulu ,gecə pulu sutkaliq verilən pullar kəsilib.Bununla əlaqədar dəfələrlə idarənin maliyyə şöbəsinin rəhbəri Rasul müəllimə nə qədər də desək, hər dəfə deyir pulumuz yoxdur
- VÖEN-lə işləyən (Xidməti Müqavilə) işcilər Əmək Müqaviləsi ilə işləyən işcilərdən cox maş alirlar .Bildiyim qədər bu işçilərin sayı 100-ə yaxındır.Həmən işcilər fəhlə ,usta .çilingər ,qaytnaqçı işləyir...

Qeyd: - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə əsasən əmək münasibətlərinə daxil olan bütün işçilərlə bu Məcəllədə nəzərdə tutulan qaydada Əmək müqaviləsi bağlanmalıdır. Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır.
İş şəraiti
işcilərin şəraitini görsəniz inanmazsiniz hər gun işcilər elə maşinlarla estakadaya aparilir ki, sanki təsavvür etməzsiniz ki bular hansi əsirdə yaşayir ? İş şəraiti dözulməz həddə catib ogurluq baş alib gedir
Çixarilan neftin düzgün hesabati aparilmir. Hasilat azalıb. ƏŞ öhdəliklərini yerinə yetirmir.
Qeyd: Bununla əlaqədar Dövlət Statistika Komitəsinin " Hasilat sənayesində şəffaflıq üzrə məcmu hesabat"-na nəzər saldım.
Neft hasilatı min ton :
2019 - 36,3
2020- 28,1
2021 - 26,4
2022- 23,3
Gördüyünüz kimi hasilat düşüb.
Şəffaflıq
Hesabatda bu xərclər göstərilmir.( məxfilik adı altında gizlədilir)
Sığorta haqları- x
Əmək haqqı xərcləri----x
Sosial sığorta ayrımları-x
Maliyyə xərcləri-x
DSMF-ə ödənişləri--x
Neft quyularının sayı--x
Qaz quyularının sayı--x
Qeyd: Araşdırma başqa ƏŞ üzrə də aparılacaq.
Qeyd;“Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins, benefisiar sahibi " ??" "

Məsələ diqqətimizdədir...

Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR