kanal1

Deputatın tikdiyi binalarda dərd bir deyil... min deyil... - FAKT BUDUR!

Tarix:15-06-2024, 10:48
Baxış Sayı:0

Deputatın tikdiyi binalarda dərd bir deyil... min deyil... - FAKT BUDUR!


"Qobu Park" da içməli su problemi artıq illərdir ki, mövcuddur. Biz 5-ci ildir ki, ora köçmüşük. Su çəkilib, sadəcə olaraq nasosxanada filter yoxdur ki, onu süzüb bizlərə versinlər. Su birbaşa Ceyranbatandan necə gəlirsə onu da evlərə verirlər. Arxdan axan kimi palçıqlı gəlir. İçməli deyil. Su ilə işləyən kombi, paltaryuyan, qabyuyan maşın və digər məişət avadanlıqlarımız artıq sıradan çıxıb. Görün təmiz suyun olmaması bizi necə problemlərlə üz-üzə qoyub".

Bunu Moderator.az-a açıqlamasında Qobu Park 3 yaşayış massivinin sakini Əmir Quliyev deyib. Digər sakinlər isə bildiriblər ki, ayda ortalama 50-55 manat, yay aylarında isə bu məbləğin ikiqatı dəyərində içməli su almaq üçün pul xərcləyirlər.

"AZƏRSU" ASC-yə də müraciət etmişik, təəssüf ki, hələ problemin həlli istiqamətində müsbət cavab almamışıq. 20 litr qabla suyu 5 manata alırıq. 5 ildir əziyyət çəkirik. Bəzən isə övladlarımız gedib maşınla hardansa gətirirlər. 3 qəsəbənin üçü də içməli suyu pulla alır. Bu yayın istisində, cırhacırında görəsən biz sakinləri düşünən olacaq? Ümid edirəm ki, sizin vasitənizlə aidiyyatı qurumlar məsuliyyət hiss edib, bizə kömək edəcəklər", - deyə sakin bildirib.

Dia-az.İnfo xatırladır ki, sözügedən ünvanda bir müddət əvvəl yaşadıqları binaların əyildiyini idda edən vətəndaşlar diqqət mərkəzinə gəlmişdi... İndi isə digər problemlər... Görünəni odur ki, başında deputat Ağalar Vəliyevin dayandığı "Kristal Abşeron"un inşa etdiyi binalarda PROBLEMLƏR DAİMİDİR... tükənməzdir...

Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
VƏZİFƏSİNİ VİCDANLA YERİNƏ YETİRƏN RƏHBƏR
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR