kanal1

Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

Tarix:21-05-2024, 19:14
Baxış Sayı:0

Bakıda Ziya Məmmədovdan miras qalan bərbad sistem - NƏ ETMƏLİ?

“Bu il Azərbaycan böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Payızda Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı ölkəmizə minlərlə xarici qonaq gələcək. O vaxta qədər sərnişindaşıma xidmətində keyfiyyət dəyişikliyinə nail olmaq lazımdır”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebhe.info”-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, paytaxtın sərnişindaşıma sistemində ciddi dəyişikliyə ehtiyac var:

“Qəsəbələrə gedən marşrut avtobuslarının çoxu (136, 171, 107, 155, 159, 157 və s.) köhnədir. Sərnişinlər ödənişi nağd edirlər və kart sistemi tətbiq olunmur. Avtobusların əksəriyyətinin salonu və ya oturacaqları yuyulmur. Çox təəssüf ki, bu hal Əhmədli, köhnə və Yeni Günəşli istiqamətində işləyən avtobuslarda da belədir. Ölkədə koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi bitməyib. O halda avtobusların oturacaqları niyə çirklidir? Aiddiyyəti qurumlar niyə öz işlərini düzgün görmür? COP29-a gələn qonaq, məsələn, 62 saylı marşrut avtobusuna minsə, hansı durumla rastlaşacaq? Hər halda onun Azərbaycan, Bakı haqqında təəssüratı yaxşı olmayacaq”.

QHT sədri deyib ki, marşrut xətlərinin şəhər daxilində lüzumsuz yerə uzadılması da doğru deyil:

“Bu bərbad qaydanı Ziya Məmmədovun zamanında yaratdılar. Avtobusa minirsən ki, A nöqtəsindən B nöqtəsinə gedəsən. Amma avtobus sanki labirintə girirmiş kimi bu küçədən girib o birindən çıxır. Bu, boşuna vaxt itkisidir. Haqlı olaraq sərnişinlər bu durumdan narazı qalırlar. Üstəlik atmosferə daha çox karbon qazı atılır. Bunda yeganə karlı çıxan yanacaqdoldurma məntəqələridir. Məsələn, Nəsrəddin Tusi küçəsindən Sabunçuya işləyən 62 saylı avtobusun “Bəy hamamı”nın yanında Neapol dairəsinə dönməsinə heç bir gərək yoxdur”.

Onun sözlərinə görə, şəhərin mərkəzindən Əhmədliyə işləyən 46 saylı avtobusun da küçə-küçə gəzməsinə ehtiyac yoxdur:

“Heydər Əliyev proslektində isə dayanacaq yoxdur. “Koroğlu” metrostansiyasından çıxdım ki, Dövlət Neft Şirkətinə gedəm. 3 kilometr məsafə qət etdim, amma dayanacaq tapmadım.

Dayanacaqları bu qədər uzatmağa nə ehtiyac var? Qısası, paytaxtın nəqliyyat sistemi insanyönümlü olmalıdır, avtomobilyönümlü yox. İnsanların əksəriyyətinin avtomobii yoxdur. Biz insanlara müraciət edirik ki, hava təmizliyinə görə şəxsi avtomobillərdən imtina edin, ictimai nəqliyyata üstünlük verin. Amma ictimai nəqliyyatın özü bərbaddır”.

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR