kanal1

"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar

Tarix:17-05-2024, 12:31
Baxış Sayı:1

"Orta Zəyzidin Allahı mənəm" - deyəcək qədər azğınlaşıb! - Bələdiyyə sədrinə şok ittihamlar

Şəkinin Orta Zəyzid kəndinin sakini Teymur Elxan oğlu Babayev baş prokuror Kamran Əliyevə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məktub yazıb.

Surəti Musavat.com-a göndərilən məktubda müəllif yazır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

“Maddi imkanlarım səviyyəsində xeyriyyəçilik işlərindən də kənarda qalmıram. Şəhid, qazi ailələrinə, digər imkansız ailələrə, Şəki Psixiatriya xəstəxanasında müalicə alan xəstələrə imkanım daxilində yardımlar edirəm. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə öz şəxsi imkanlarımla Şəki-Oğuz magistral yolundan kəndimizə ayrılan yolun giriş hissəsini abadlaşdırmaq, ağaclar əkmək, səliqə-səhman yaratmaq fikri ilə Orta Zəyzid bələdiyyəsinin sədri Novruz Musayevə müraciət etdim. Bələdiyyə sədri mənim bu təşəbbüsümü dəstəklədi, bu məsələdə hər hansı problemin olmadığını bildirdi. Mən bu məqsəd üçün hazırlıq işləri gördüm, xeyli materiallar aldım və işə başladım” – deyə məktub müəllifi qeyd edir.

Yazır ki, xeyriyyə məqsədilə görülən işin ortasında bələdiyyə sədri ondan abadlıq işlərini dayandırmağı tələb edib: “Mən işləri yarımçıq saxlamalı oldum. Səbəbini araşdırarkən məlum oldu ki, bələdiyyə sədri görəcəyim abadlıq işlərinin müqabilində məndən rüşvət gözləyirmiş. Təbii ki, mən bundan imtina etdim və hər hansı məbləğdə pul vermədim. Buna qədər mən heç vaxt kənd bələdiyyəsinin fəaliyyəti ilə maraqlanmamışdım. Bələdiyyə sədrinin bu hərəkətindən sonra onun bəzi əməlləri ilə maraqlanmaq qərarına gəldim. Ortaya ciddi, qanunazidd faktlar çıxdı. Orta Zəyzid bələdiyyəsi özündə Şəki rayonunun 3 kəndini-Orta Zəyid, Qırxbulaq və Köbər Zəyzid kəndlərini birləşdirir. Bu kəndlərdə 10 minə yaxın əhali yaşayır. Novruz Musayev 2013-cü ildən bələdiyyə sədri vəzifəsini tutur. Bu müddət ərzində o hər hansı xeyriyyə, tikinti, abadlıq işləri ilə məşğul olmayıb. Əsas işi qanunsuz torpaq satışı və digər cinayət xarakterli əməllər olub. Bu adamın nə vaxtsa bir iclas keçirdiyi, bələdiyyə ərazisində yaşayan insanlarla hansısa bir məsələdə məsləhətləşməyi olmayıb. Günlərini müəyyən yerlərdə qumar, pul qarşılığında domino və nərd oynamaqda keçirir.

-Şəki İcra Hakimiyyətinin razılığı və Memarlıq Şöbəsinin rəsmi məktubu ilə Orta Zəyzid kəndində baxça və məktəb tikilməsi üçün nəzərdə tutulan torpaq sahəsini ayrı-ayrı şəxslərə şəxsi evlər tikilməsi üçün iri məbləğdə pula satıb.

Orta Zəyzid kəndinə məxsus örüş otlaq sahələrinin təyinatını dəyişərək müxtəlif şəxslərə ev tikintisi üçün satıb. Orta Zəyzid və Baş Zəyzid kəndlərinin birləşdiyi Zəyzid çayını qoruma zolağını, yüksək gərginlikli elektrik xəttlərinin altındakı torpaqları belə ev tikintisi üçün vətəndaşlara sənədsiz-sübutsuz satıb.

Şəki-Oğuz yolunun kənarında Orta Zəyzid kəndinə məxsus "Dördyol" adlanan yerdə vətəndaşa satdığı torpağı özündən 9 il əvvəlki bələdiyyənin adına sənədləşdirib. "Dördyol"da olan dəmir köşkün altındakı torpağı da özündən əvvəlki bələdiyyənin adına sənədləşdirib. Köbər Zəyzid kəndində təyinatına uyğun olmayan xeyli torpaq sahəsini vətəndaşlara həyətyanı torpaq adı ilə rüşvət qarşılığında satıb.

-kəndlərimizdə içməli su problemi var. Mövcud olan artezianlardan evinə su çəkmək istəyən hər bir vətəndaş N.Musayevə rüşvət vermədən bunu edə bilməz.

-bələdiyyənin ehtiyat fonduna daxil olan torpaqlar belə ayrı ayrı şəxslərə satılıb.

-hələ kolxoz dövründən qalmış, yol keçidləri və suötürücü asbest, dəmir və beton borular bələdiyyə sədrinin əli ilə çıxarılaraq satılıb.

-Orta Zəyzid tibb məntəqəsinin ərazisi və aptekin arxa hissəsi N.Musayevin özü tərəfindən zəbt edilib.

-Orta Zəyzid bələdiyyəsinə aid 80 hektar torpağı öz şəxsi istifadəsində saxlayaraq taxıl səpir.

-N.Musayev gününün çox hissəsini "Dördyol"da çayxanada keçirir, insanlar arasında dedi-qodu yayır, ona qarşı gələ biləcək hər kəsi polislə hədələyir, mənim işgüzar nüfuzumu zədələyəcək şayiələr yayır, iş adamlarını ələ salır, həddi aşan hərəkətlərə yol verir.

-camaat arasında rayonun vəzifəli şəxslərini, xüsusilə də Regional Ədliyyə İdarəsinin rəisi (sabiq) Abdulla Yusifovu saymadığını, "ağzına pay atıb səsini kəsdiyini" şəstlə danışır.

"Mənim adamım Rəhman Məmmədovdur" (bələdiyyələrlə iş mərkəzinin rəhbəri) deyir.

-N.Musayev son Prezident seçkilərində belə seçkinin nəticələrinə təsir edəcək qanunsuzluqlara yol verdi. Bu səbəbdən də seçkinin nəticələri ləğv edildi.

Konkret olaraq N.Musayev yolunu "Orta Zəyzidin Allahı mənəm"- deyəcək qədər azğınlaşıb.
Mən yazdığım məsələlərdən irəli gələn faktları detalları ilə Şəki Regional Ədliyyə İdarəsinə və Şəki Prokurorluğuna təqdim etmiş və ətraflı izahatlar vermişəm. Şəki prokurorluğu mənim şikayətimə baxaraq 14.08.2023-cü ildə (87c-23) cinayət işinin başlamasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Mənim Şəki Rayon Məhkəməsinə verdiyim şikayətə məhkəmədə baxılmış, prokurorluğun qərarı yetərsiz sayılmış, işə təkrar baxılması üçün prokurorluğa qaytarılmışdır. Şəki prokuroru Məhkəmənin bu qərarı ilə razılaşmamış və apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13.10.2023-də Şəki Rayon prokuroru Mehman Xankişiyevin verdiyi şikayətə baxaraq 87c-23 saylı material üzrə prokurorun protestini təmin etməyib, Şəki Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 6(075)-18/2023 nömrəli qərarını dəyişdirilmədən saxlamış, qərarın dərhal qüvvəyə minməsi, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməməsi haqqında qərar çıxarıb.

Lakin bütün bunlar Şəki prokuroru cənab Mehman Xankişiyevin mövqeyinə hər hansı təsir göstərmədi, prokuror bələdiyyə sədri N.Musayevi müdafiə etməkdə davam edir. Bu səbəbdəndir ki, bələdiyyə sədri Şəkidə "əlimin üstündə əl yoxdur" demək qərarına gəlib”.

Məktubun davamında Teymur Babayev qeyd edir ki, ötən 2 il ərzində müxtəlif dövlət orqanlarına məsələ barədə şikayət məktubları yazıb. Lakin hər hansı bir tədbir görülmədiyindən məsələnin ictimailəşməsi üçün Musavat.com-a müracət ünvanlayıb:

“Hər dəfə də məktublar Şəki prokuroruna yönləndirilir və orada ört-basdır edilir. Artıq üz tutacağım bir ünvan qalmayıb, odur ki, mətbuata müraciət etmək və haqqımı işıqlandıraraq daha yuxarı instansiyalara çatdırmaq istəyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim məktubumu işıqlandırasınız. Bəlkə bu yolla rüşvətxor bir bələdiyyə sədrinin öhdəsindən gəlmək mümkün oldu”.

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR