kanal1

Yevlaxdakı “Ağ hotel”in “qara əməlləri”- RƏZALƏT

Tarix:15-02-2021, 09:32
Baxış Sayı:248

Yevlaxdakı  “Ağ hotel”in “qara əməlləri”- RƏZALƏT


Yevlax şəhərindəki “Ağ hotel”in fəaliyyətində “qara əməllər”i görüb eşitdikcə, sanki “vaxşey, vaxşey” deməli oluruq. Belə ki, media üzərindən apardığımız araşdırmalardan, sosial şəbəkələrdə yayılan bəzi foto-şəkillərdən aydın olur ki, bu hoteldə hər cür iyrənc əməllərə qol qoymaq, sanki adi hala çevrilib. Çox düşündürücü haldır ki, belə bir dözülməz vəziyyətlə bağlı Yevlaxın hüquq-mühafizə orqanları lazımi tədbirlərini görmək əvəzinə, hələ də susqunluq nümayiş etdirməkdədirlər.

Bundan əlavə, redaksiya əməkdaşımızın əldə etdiyi səhih məlumatlara görə, “Ağ hotel”in rəhbərliyi bütün işçiləri ilə əmək müqaviləsi bağlamağa o qədər də həvəs göstərmir, həmin ünvana üz tutan müştərilərin hər birinə göstərilən xidmətin müqabilində ödəniş qəbzi verilmir, hotelin otaqlarından qadınların cinsi istismara məruz qalmaları üçün istifadə olunur və s. kimi addımlar atılır. Bu cür addımların atılması həm ciddi qanun pozuntusu, həm də milli-mənəvi əxlqımızın tapdaqlar altına atılması demək olur. Faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixdə imzaladığı 2173 nömrəli Sərəncamı əsasında, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün “Milli Fəaliyyət Planı” təsdiq olunmuşdur. İmzalanmış “Milli Fəaliyyət Planı”nın 2-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamda təsdiq olunmuş və “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etsin. Qarşıya belə bir tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək mümkündür ki, hazırda nə Yevlax ŞİH-i, nə Yevlax RPŞ-i, nə də ki, adı çəkilən obyektə sahiblik edən şəxs, ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”na məhəl qoymurlar. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Ona görə də, yuxarıda qeyd olunan faktlarla bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməyi qərara almışıq ki, mövcud problemlərin aradan qaldırılması yöndə əməli addımlarını atsınlar.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə “Ağ hotel”dən əldə olunacaq çəkilişi, həmçinin bu ünvanda baş verən “tükürpədici” addımları, hər cür qanunsuzluq hallarının varlığını və s. çoxsaylı oxucuların diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Aqil Qaraşov

Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
500 milyardlıq yeni layihəni elan etdi
500 milyardlıq yeni layihəni elan etdi