kanal1

"İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Tarix:8-05-2024, 09:38
Baxış Sayı:1


"Üç ildir ki, neftçilərin əmək haqqı artırılmır". Dünən dia-az.info olaraq məlumat yayaraq bildirdik ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət edərək sıravi neftçilərin maaşlarının artırılması ilə bağlı çağırış edib.

Yazısı BURADA: My Webpage

Qeyd edək ki, bu müraciət sıravi neftçilər tərəfindən geniş müzakirə olunub və onlardan bəziləri münasibətlərini də açıqlayıblar. Dia-az.info həmin müraciətlərdən bəzilərini təqdim edir. Beləliklə...

Ədalət Səncan: "Fəhləni adam yerinə qoyan yoxdur. Əsas özləridir. Fəhlə 500 manat, özlərisə 3000 manat və daha çox alırlar. Mikayıl müəllim özü görəsən o fəhləyə verilən beş yüz manatla neçə gün yaşaya bilər? Əyinlərindəki kostyumun qiyməti fəhlənin altı aylıq maaşından daha çoxdur..."

Hüseyn Zeynalov: "Ən ağir şəraitdə işləyən nefitcilərin əmək haqqısı artirilsin. 2022-çi ildə rəislərin əmək haaqısını qaldırdılar, fəhlələrin isə saatlarını kəsdilər. 24 saatlıq aqreqatların bir hissəsini 12 saata saldılar".

Rəsul Nərimanov: "Maaş axırıncı dəfə Rövnəq Abdullayevin vaxtında qalxıb... Sosial məsələlər isəə rəhmətlik Natiq Əliyevin vaxtında daha gözəl idi. İndikilər ancaq öz maaşlarını qaldırır... vəssalam".

Şəhriyar İsmayılov: "Bütün ərzaq malları demək olar ki 2 dəfə qalxıb normal qidalansan heç bu maaş da bəs eləməz. Ərzağın ən kefiyyətsizini məcbur yeyirik. Əksər işçilərin ürəyində stend var. Fəhləni muzdlu edib saatlıq tarif verirlər... Nazirlər kabineti də bayramların sayını günü-gündən artırır... İşə çıxdın pul yazılır... çıxmadın pul yazılmır. Ancaq özləri rəhbər heyət olaraq "oklad" maaş alır. Ədalətli bölgüdü? İstirahət verirlər, amma pul vermirlər..."(Dia-az.info)

DAVAMI VAR...

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR