kanal1

Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Tarix:6-05-2024, 13:36
Baxış Sayı:2

Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

2024-cü ilin aprel-may ayları çiyələyi kəskin ucuzlaşması ilə yadda qalıb. Ötən il qiymətləri əl yandıran çiyələyi indi olduqca aşağı qiymətə almaq mümkündür.

FED.az xəbər verir ki, qiymətin ucuzlaşması istehlakçılara – əhaliyə sərfəli olsa da, indiyədək çox gəlirli sayılan çiyələk biznesinə böyük zərbə vurub. Ölkənin çiyələk mərkəzi sayılan Cəlilabadda çiyələk becərən fermerlər gəlirlərinin kəskin aşağı düşməsindən, gəlirin xərci ödəməməsindən və böyük itkilərlə üzləşdiklərini bildirirlər.

FED.az-a məlumat verən bəzi fermerlər hətta gələcəkdə başqa sahəyə keçəcəklərini də istisna etməyiblər.

Çiyələyin qiyməti keçən il ilə müqayisədə 50% ucuzlaşıb. Mövcud vəziyyət alıcıların ürəyincə olsa da fermerlər üçün acınacaqlı situasiya yaranıb.

Çiyələk əkini ilə məşğul olan fermerlər bildirirlər ki, çiyələyi onlardan 1 manata alırlar, bu qiymət keçən il 1,80 – 2 manat təşkil edirdi. Bazarda isə yerindən asılı olaraq qiymət 1,30 -1,50 manat aralığıda dəyişir.

Azərbaycandan xaricdəki çiyələk bazarında da vəziyyət ürəkaçan deyil. Yerli çiyələklərin əsas xarici bazarı sayılan Rusiyada çiyələyin qiyməti 120 rubl, yəni hardasa 2 manat civarındadır.

Xaricə məhsul ixrac edən fermer İbarət Şahbazovun dediyinə görə keçən il çiyələyin kilosunu xarici bazara 4 manatdan satırdılar, indi isə məzənnə dəyişiklikləri və s. qiymətə təsir edib. Nəticədə qazanc bir yana, mövcud qiymət fermerlərin xərclərini də qarşılamır.

Xərclərə gəlincə 1 hektar əraziyə çəkilən xərc çiyələyin əkildiyi sahədən asılı olaraq dəyişir. Çiyələk 2 tip sahədə - açıq sahələrdə və parniklərdə əkilir. Cəlilabad rayonuda çiyələk əkini ilə məşğul olan fermer Rövşən Əzizovun dediyinə görə 1 ha ərazi üçün açıq sahələrə 15 min manat, parniklərdə isə 30-35 min manat xərc çıxır. Başqa bir fermerin sözünə görə sıfırdan başlayaraq 1 hektar qapalı örtülü çiyələk ərazisi yaratmaq üçün 65 -70 min manat pul xərcləndiyini vurğulayır. Xərclər sahəni necə qurmaqdan asılı olaraq dəyişir.

Xərclərin artdığını vurğulayan fermerlər bildirirlər ki, işçi qüvvəsi də bahalaşıb - keçən il işçi qüvvəsi üçün 1 fəhləyə 16-17 manat xərc çəkirdilərsə, bu il həmin məbləğ 20-25 manat aralığında dəyişir. Bundan başqa aqro texniki xidməti xərclərinin də artması fermerlər üçün müəyyən çətinlik yaradır.

Çiyələk əkini ilə məşğul olan fermerlərin çiyələk sahəsi azı 1 hektardan başlayır. Qeyd edək ki, ümumulikdə Cəlilabad rayonunda 560 hektar sahədə çiyələk əkini aparılıb. Bu rəqəm ötən ilki göstəricidən 55 hektar çoxdur. Bu sahədə iri biznes sahibi olan Mirismayıl bəyin dediyinə görə onun şəxsi 8 hektar əkin sahəsi və ətrafında isə 40 hektar əkdirdiyi sahəsi var. Onun sözlərinə görə mövsümün başladığı 15 gün ərzində nəinki gəlir qazanıb, əksinə, artıq 300 000 manat zərər edib.

Başqa bir fermer - 3 hektar ərazisi olan İbarət Şahbazovun dediyinə görə əgər satışlar qaydasında getsəydi və qiymətlər bu səviyyədə enməsəydi bu zaman 50-60 min aralığında gəlir qazana bilərdi. 30 hektar ərazisi olan fermer İsgəndər bəy isə 150-200 min gəlir gözləyirdi.

Fermerlər qiymətlərin kəskin ucuzlaşmasını bir sıra amillər ilə əlaqələndirirlər. Fermer Tural bəy məhsulun qiymətinin ucuzlaşmasını bazarda olan təlabatla əlaqələndirir. Belə ki, onun dediklərinə görə Rusiya bazarında təlabat yoxdur, xüsusilə Krasnodarda yetişdirilən, eləcə də Rusiyaya başqa ölkələrdən Serbiya, Türkiyə və Yunanıstandan gətirilən çiyələyin indiki qiyməti çox aşağıdır.

Digər bir fermer Mirəkrəm bəyin dediyinə görə Rusiyada çiyələyin sataşandakı problemlərin bir hissəsi siyasi məsələlərlə bağlıdır. Onun fikrincə, bir neçə həftə əvvəl «Krokus» əyləncə mərkəzində baş verən terror aktından sonra Rusiyada taciklərə qarşı yoxlamalar artıb. Nəticədə onların bir hissəsi ölkəni tərk etməli olub. Bazardarda isə bəzi məhsulların, o cümlədən çiyələyin satışını taciklər təşkil edirdi. Nəticədə çiyələk satışı sistemi də pozulub.

Bəs çiyələk neçəyə olsa fermerlər üçün sərfəlidir?

Bir çox fermerin dediyinə görə çiyələyin qiyməti 2 manat olsa fermerlərə sərf edər və gəlir qazana bilərlər. Fermer Mirismayıl bəyin xarici bazarda olan qiymətlə bağlı fikirinə əsasən çiyələyin qiyməti xarici bazarda 250 rubldan yuxarı olsa gəlir gətirə bilər. Yerli bazara məhsul verən fermerlərdən İsgəndər bəyin dediyinə görə çiyələyin bağdan çxıış qiyməti yəni «bağdan yığıldı və satıldı» - ən azı 1,50 manat olmalıdır, bundan aşağı olmamalıdır.

Mövcud vəziyyətdə fermerlərin çoxu gələn il ilə bağlı nikbin fikirdə deyillər hətta bəziləri bu sahədən əl götürmək istəyirlər.

Fermer İsgəndər bəyin 30 hektar ərazisi var və fermer gələn il istəyir ki, çiyələk sahəsini azaltsın. Başqa bir fermer İbarət Şahbazov artıq intensiv bağ salmaq fəaliyyəti ilə məşğul olmaq istəyir, eyni zamanda çuğundur əkməyi planlaşdırır.

Qeyd edək ki, çiyələk biznesinin yüksək gəlirliliyi nəticəsində fermerlər bu sahədə ciddi yeniliklər tətbiq edirlər. Bəzi fermerlər mütəmadi olaraq Avropada olur, yeni tincglər və daha məhsuldar növlər gətirirlər. «Həmin sortların məhsuldarlığı yüksək olsa qiymət aşağı olsa belə çox məhsul sataraq çətin vəziyyətdən çıxmaq olar».

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR